Tesla nın ilk robotaksiləri Amerika küçələrində
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“Tesla” ABŞ-ın Ostin şəhərində "Cybercab" robotaksilərinin sərnişin daşınmasına başlayıb.
Demokrat.az xəbər verir ki, vu barədə “Reuters” məlumat yayıb.
Cümə axşamı, sentyabrın 3-də “Tesla” Texas ştatının Ostin şəhərinin “məhdud ərazilərində” iki nəfərlik "Cybercab" avtomobilləri ilə səfərlər təklif etdiyini açıqlayıb. Bu avtomobillərdə sükan və pedallar yoxdur.
Şirkətin baş direktoru İlon Mask bildirib ki, "Cybercab" “Tesla”nın pilotsuz avtomobillər bazarında dominant oyunçuya çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Son həftələrdə “Tesla” Ostində "Cybercab"ın eksklüziv təqdimatı adlandırdığı tədbiri reklam edirdi. Tədbir investorların və şirkət pərəstişkarlarının diqqətini çəkib. Onların bəziləri kəpənək tipli qapılara malik qızılı avtomobilləri sınaqdan keçirmək üçün Texas ştatına gəlib.
Artıq Texasda “Tesla”nın avtonom parkına daxil olan 45 "Cybercab" avtomobili qeydiyyatdan keçirilib. Ümumilikdə parkda təxminən 420 avtomobil var. İlon Mask Ostindəki tədbiri “A Storm of Cybercabs” adlandıraraq layihənin sürətlə genişləndiriləcəyinə işarə edib.
2Cybercab" Maskın qlobal robotaksi şəbəkəsi yaratmaq üzrə genişmiqyaslı planının bir hissəsidir.
Analitiklər hesab edirlər ki, məhz “Tesla”nın avtonom idarəetmə sahəsindəki ambisiyaları hazırda təxminən 1,4 trilyon dollar təşkil edən yüksək bazar dəyərini böyük ölçüdə dəstəkləyir. "Cybercab"ın seriya istehsalına aprel ayında başlanıb. Lakin avtomobil istehsalçısı ilkin mərhələdə istehsalın nisbətən aşağı templə həyata keçiriləcəyini gözləyir.
“Tesla” "Cybercab" şirkətin 2024-cü il oktyabrın 10-da “We Robot” tədbiri zamanı təqdim etdiyi pilotsuz avtomobildir. Bu, “Cybertruck” üslubunda futuristik dizayna və “kəpənək qanadı” tipli qapılara malik ikiqapılı kupedir. Salonda yalnız iki sərnişin oturacağı və 22 düymlük böyük displey yerləşir.
Avtomobildə nə sükan, nə də pedallar var. "Cybercab"ın yürüş məsafəsi təxminən 293 mil (472 kilometr) təşkil edir. Avtomobil yüksək dəqiqlikli kameralardan alınan vizual informasiyaya əsaslanan neyron şəbəkə ilə tam avtonom idarəetmə sistemindən istifadə edir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tesla nın Amerika turu yarımçıq qaldı
30 Sentyabr 2025 15:26
“Tesla” robotaksiləri işə saldı
23 İyun 2025 16:10
“Tesla” robotaksiləri insanlar tərəfindən uzaqdan idarə olunacaq
11 Dekabr 2024 09:26
Tesla dan Oval kabinetə: Amerika Partiyası 2028 ci il seçkisini hədəfləyib
07 İyul 2025 12:26
Hüseyn Tesla avtomobili ilə Bakı küçələrində
07 Noyabr 2024 08:26
Baxış sayı:124
Bu xəbər 07 Sentyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları