“Tesla” robotaksiləri işə saldı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçün robotaksi xidmətini istifadəyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnsider” nəşri məlumat yayıb.
İlk səfərlər 22 iyun bazar günü baş tutub. Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində mövcuddur.
Robotaksi xidməti əvvəllər yeni nəqliyyat növünü sınamaq arzusunu bildirmiş kiçik istifadəçi qrupu üçün məhdud rejimdə işləyir.
İlkin mərhələdə “Tesla” robotaksisində gedişin qiyməti sabit olacaq - 4,20 dollar.
Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, robotaksi xidmətinə cəlb olunan avtomobillər yenidir və xüsusi olaraq sərnişin daşımaları üçün konfiqurasiya edilib.
Mask vurğulayıb ki, istənilən “Tesla” elektrik avtomobili taksi kimi istifadə oluna biləcək şəkildə konfiqurasiya edilə bilər.
Qeyd edək ki, aprelin sonunda “Tesla” ABŞ –də öz işçiləri üçün test rejimində robotaksi xidmətini istifadə edib. Xidmətin ilkin sınaqları zamanı elektromobillərin sükanı arxasında operator olub.
Baxış sayı:76
Bu xəbər 23 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















