Icma.az
close
up
RU
Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYD dir

Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYD dir

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti 2025-ci ildə qlobal elektromobil satışlarında lider mövqeyini itirib. Şirkət bu göstəricidə ilk dəfə olaraq Çin istehsalçısı BYD-nin gerisində qalıb.

Milli.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi xəbər yayıb. Bildirilir ki, Tesla-nın elektromobil tədarük həcmi ardıcıl ikinci il azalma göstərib və ötən il bu geriləmə təxminən 9 faiz təşkil edib. Eyni dövrdə BYD satışlarını artıq beşinci rüb ardıcıl artırmağa nail olub.

Mütəxəssislər Tesla-nın çətinliklərini əsasən Model Y avtomobilinin yenilənməsi ilə əlaqələndirir. Bu proses zavodlarda istehsalın yenidən qurulmasını tələb edib və tədarük zəncirinə mənfi təsir göstərib. Bununla yanaşı, BYD daha geniş model xəttinə sahibdir və bazara daha çox əlçatan qiymətli elektromobillər təqdim edir. Çin şirkətinin modellərinin böyük hissəsi Tesla-nın ən çox satılan Model Y və Model 3 avtomobillərindən xeyli ucuzdur.

Bloomberg-in qiymətləndirməsinə əsasən, Tesla-nın fəaliyyətinə İlon Maskın siyasi aktivliyi də mənfi təsir göstərib. Onun Respublikaçılar Partiyasına və ABŞ Prezidenti Donald Trampa yaxınlığı, eləcə də ABŞ Hökumətinin Səmərəliliyi İdarəsində (DOGE) rolu şirkətin imicinə və satışlarına təsirsiz ötüşməyib.

Qeyd olunur ki, BYD hazırda ABŞ bazarında fəaliyyət göstərmir, lakin yüksək rəqabətli Çin avtomobil bazarında mövqeyini gücləndirərək qlobal liderliyə yüksəlməyi bacarıb.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri