Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

BYD qlobal elektromobil bazarında ABŞ nin “Tesla” şirkətini yenidən geridə qoyub

BYD qlobal elektromobil bazarında ABŞ nin “Tesla” şirkətini yenidən geridə qoyub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 avqust, AZƏRTAC

Çinin BYD şirkəti 2026-cı ilin ikinci rübünün yekunlarına görə, ABŞ-nin “Tesla” şirkətini geridə qoyaraq dünyada tam elektriklə işləyən avtomobillərin (BEV) yenidən ən böyük satıcısı olub.

AZƏRTAC “TrendForce” beynəlxalq tədqiqat təşkilatının məlumatlarına istinadla xəbər verir ki, “Tesla”nın satışları illik ifadədə 25 faiz artıb, lakin bu, liderliyi qoruyub saxlamaq üçün kifayət etməyib.

Birinci rübün yekunlarına görə, “Tesla” artıq BYD-ni qabaqlamışdı, lakin ikinci rübdə şirkətlər yenidən yerlərini dəyişiblər. Bununla belə, azalma tempinin zəifləməsinə baxmayaraq, BYD-nin elektromobil satışları ötən ilin eyni dövrünün göstəricisindən aşağı olub. Çin istehsalçısı üçün xarici satışların genişləndirilməsi mühüm amilə çevrilir, belə ki, ilin ilk yarısında istehsalın ümumi həcmində onların payı 44 faizə çatıb.

Çin yeni enerji mənbələri ilə işləyən avtomobillər (NEV) üçün dünyada ən böyük bazar olaraq qalır. Lakin Çin bazarında tələbat daha zəifdir. İkinci rübdə qlobal elektromobil, plug-in hibrid və hidrogen yanacaq elementləri ilə işləyən avtomobil satışlarının 56 faizi Çinin payına düşüb. Ötən il bu göstərici 66 faiz təşkil edib. “TrendForce” qeyd edir ki, Çin istehsalçıları üçün beynəlxalq ekspansiya getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Elektromobil istehsalçılarının dünya reytinqində Çinin “Leapmotor” şirkəti ilk dəfə üçüncü pilləyə yüksəlib. “Toyota” satışlarını illik ifadədə 143 faiz artıraraq yeddinci yeri tutub. Eyni zamanda, “Volkswagen” ilk dəfə dünyada elektromobil satışında onluqdan kənarda qalıb.

BYD, həmçinin plug-in hibridlər (PHEV) bazarında liderliyini qoruyub. Çin istehsalçıları Avropadakı mövqelərini xüsusilə fəal şəkildə genişləndirirlər. Belə ki, ikinci rübdə “Geely” şirkətinə məxsus “Volvo Cars” nəzərə alınmadan, Çin markaları Qərbi Avropada PHEV bazarının təxminən 30 faizini tutub.

Ümumilikdə, ikinci rübdə yeni enerji mənbələri ilə işləyən avtomobillərin qlobal satışları 5,37 milyon ədədə çataraq illik ifadədə 10,4 faiz artıb. Adi hibridlər (HEV) də nəzərə alınmaqla, elektrikləşdirilmiş avtomobillərin qlobal satışlarda payı rekord həddə – 33,2 faizə çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri