Icma.az
close
up
RU
Tətbiq edilən tarif Hindistan milli valyutasına təsir göstərəcək ŞƏRH

Tətbiq edilən tarif Hindistan milli valyutasına təsir göstərəcək ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 25 faiz əlavə rüsum tətbiq olunması barədə fərman imzalayıb. Buna səbəb Hindistanın Rusiya neftini birbaşa və ya dolayı yolla almasıdır. Tariflər 21 gün sonra qüvvəyə minəcək və artıq göndərilən mallara şamil olunmayacaq. Hindistan Xarici İşlər Nazirliyi bu addımı “əsassız və ədalətsiz” adlandıraraq, neft alışlarının tədarük marşrutlarının dəyişməsi ilə bağlı olduğunu bildirib və ölkənin milli maraqlarını qoruyacağını bəyan edib.

Hindistana tətbiq edilən 25%-lik əlavə rüsum bu ölkənin ixracatına və ümumi ticarət balansına necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, Hindistanın ümumi ixrac payının 20%-ə qədərini ABŞ ilə olan ticarət münasibətləri təşkil edir.

"Donald Tramp tərəfindən verilən qərar Hindistan iqtisadiyyatında ixracın defisiti, həmçinin ABŞ bazarında da Hindistan məhsullarına tələbin azalması, eləcə də Hindistan məhsullarında qiymət artımına səbəb ola bilər.

Ölkənin əsas gəlir mənbəyi ixrac gəlirləri hesabına formalaşır və burada ABŞ-yə ixrac ümumi ixracatın əsas hissəsini təşkil edir. Hindistandan əsasən dərman preparatları, geyim, sənaye məhsulları ixrac olunur. Tətbiq olunan fərman həmin məhsullarda qiymət artımına səbəb olması ilə yanaşı, alıcıların alternativ olaraq digər ölkələrdən məhsul idxal etməsi ilə nəticələnəcək. Banqladeş, Vyetnam, Malayziya kimi ölkələr həmin məhsulların istehsalçısı və ixracatçısıdır və hal-hazırda da rəqabət mühiti mövcuddur".

İqtisadçı əlavə etdi ki, tətbiq edilən tarif dərəcələri həmçinin Hindistan milli valyutasına təsir göstərərək rupinin dəyərsizləşməsinə səbəb olacaq, inflyasiyanın sürətinin artması da gözlənilən iqtisadi faktorlar arasındadır.

"Ticarət müharibəsi ilk növbədə Hindistan istehsalçılarına zərbə vuracaq. Əgər bu proses orta və ya uzunmüddətli olarsa, Hindistan hökuməti diversifikasiya zərurətini həyata keçirməli olacaq. Başqa sözlə desək, alternativ ixrac bazarı yeni ticarət tərəfdaşları axtarmalı olacaq.

ABŞ iqtisadiyyatında isə sadəcə həmin idxal olunan məhsullarda qiymət artımı olacaq. ABŞ-nin bu qərarı əslində digər ölkələrə bir növ xəbərdarlıq xarakteri daşıyır. Bu kimi qərarlar nəticəsində iqtisadi risk digər bitərəf və ya Rusiya ilə ticarət tərəfdaşlığında olan ölkələri də gözləyir",- deyə Günay Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri