Icma.az
close
up
RU
“Hindistan müsəlmanlar üzərində ciddi təzyiq tətbiq edir”

“Hindistan müsəlmanlar üzərində ciddi təzyiq tətbiq edir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hindistan və Pakistan 1947-ci ildə Britaniya hakimiyyətinin zorakılıqla sona çatmasından bəri Kəşmirin Himalay ərazisi uğrunda mübarizə aparır. Son baş verən ölümcül hücumdan sonra da nüvə silahına malik qonşular - Hindistan və Pakistan arasında gərginlik artmaqla kifayətlənməyib, mübahisəsi kölgədə qalan məsələlər belə yenidən aktuallaşıb. Bu aktuallıq bütün dünyanın diqqətini yenidən bölgəyə cəlb edib. İki ölkə diplomatik əlaqələrini azaltmaqla kifayətlənməyib, ikitərəfli müqavilələrdə iştirakını dayandırıb, hətta bir-birlərinin vətəndaşlarını faktiki olaraq ölkədən çıxarmağa da əl atıblar. Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb, Pakistan da Hindistan təyyarələrinin havadan uçmasını qadağan edib. Hindistan silahlı hücumda Pakistanı günahlandırır və Baş nazir Narendra Modi bununla mübarizə aparmaq üçün ordusuna “tam əməliyyat azadlığı” verir. Görünür, Modi 2019-cu ildə əl atdığı üsula yenə müraciət edir ki 2027-ci ildə keçiriləcək olan prezident seçkilərində yerini bir də qarantiyalasın”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Ş.Həsənovanın sözlərinə görə, daxili və xarici siyasətdə uğursuzluq olan kimi fokusu yayındıraraq Pakistan üzərində fikirləri cəmləmək, Cəmmu və Kəşmirin işğal olunmuş ərazilərində qadınlara və uşaqlara qarşı amasızlığa əl atmaq Hindistanın köhnə adətidir: “Hücumda hər hansı iştirakını inkar edən Pakistan isə Hindistanın qaçılmaz hərbi hücum planlaşdırdığına dair "mötəbər sübutlara" malik olduğunu bildirir və "hər hansı bir təcavüz aktına qəti cavab veriləcəyi" amili üzərində dayanır. Məsələn, Pakistanın informasiya naziri Attaullah Tarar çərşənbə günü səhər televiziya ilə verdiyi açıqlamada hücumun “növbəti 24-36 saat ərzində” baş verə biləcəyini söylədi. Hindistan müsəlmanlar üzərində ciddi təzyiq tətbiq edir. Belə ki, guya "sərhəddəki gərginlik və münaqişə potensialı ilə əlaqədar olaraq” 1000-dən çox dini məktəbi bağlayıb. Kəşmirdə Nəzarət Xəttinin yaxınlığında yaşayan 1,5 milyon sakin sığınmaq üçün sadə, palçıq divarlı yeraltı bunkerlər hazırlayır, hətta imkan daxilində onları betonla möhkəmləndirirlər. Dünya liderləri artan gərginliyi azaltmaq üçün telefon və təmaslar diplomatiyasını gücləndirir. ABŞ dövlət katibi Marko Rubio hər iki xalqdan "gərginliyi azaltmağı" xahiş edib. Pakistana qarşı qərəz isə hər tərəfdən təşkilatlandırılır. Ağ Evin sözçüsü Tammi Bryusun sözlərinə görə, Rubio "Pakistan rəsmilərini bu vicdansız hücumun araşdırılmasında əməkdaşlığa çağırıb". Hindistanı qarşıdurmaya təşviq edən xarici qüvvələr mövcuddur. Hindistanın dəqiq hansı addımı atacağı bəlli olmasa da, keçmişdə olduğu kimi hava zərbələrindən tutmuş gizli quru əməliyyatlarına qədər müxtəlif üsullara əl atmaqla Pakistanın nəzarətində olan torpaqları ələ keçirmək cəhdləri, dəniz missiyaları və hərtərəfli hərbi münaqişə kimi bir sıra hərbi taktikalardan bundan sonra da istifadə edəcəyi planlaşdırılır. Hindistan Pakistanı vurmaq üçün hazırlaşırsa, Pakistan da Hindistanın yaxın bir neçə gün ərzində ona qarşı hərbi zərbə endirə biləcəyinə dair "etibarlı kəşfiyyata" malik olduğunu bildirir”.

Politoloq vurğulayıb ki, Hindistan incə mesajlar göndərməklə kifayətlənmir, beynəlxalq ictiamiyyətin gözündən Pakistanı salmaq üçün hər vəchlə çalışır və məsələləri öz arşınına görə ictimailəşdirməklə qarşı tərəfi utandırmaq yolunu tutur: “Süni gərginlikdə maraqlı olan Hindistan beynəlxalq ictimaiyyətə təqdim etmək üçün bir dənə olsun belə dəlil tapa bilməsə də əzəli rəqibi kimi baxdığı Pakistan əleyhinə hərtərəfli çalışır. Hindistan xarici media agentliklərini özünə dəstək göstərən, Pakistanın isə əleyhinə olan yazılar yazmaq üçün təşkilatlandırır. Hindistanın sulardan terror məqsədilə istifadəsi də olmaqla beynəlxalq müqavilələri saymaz rəftarı kimi bu ədalətsiz təşkilatlandırma kampaniyası başlatması dünya üçün son dərəcə təhlükəli presedentdir. Bir maraqlı amil də odur ki, qanlı hadisədən otuz dəqiqə keçməmiş Hindistan Pakistanı ittiham etdi. Araşdırmanın belə qısa zamanda aparılmasının özü belə əsaslı suallar doğurur. Hücumdan sonra nüvə silahına malik Cənubi Asiya qonşuları arasında mövcud olan münasibətlərin pozulduğu aydındır. Aşkar olan bir məsələ də var ki, o da Pakistanla Azərbaycanın həmrəyliyidir. Pakistan terrorun bütün forma və təzahürlərini pisləyir. Hindistan tərəfindən maliyyələşdirilən terrorizmin qurbanı olan Pakistan beynəlxalq, şəffaf araşdırılma istəyir, sülhdə maraqlıdır. Bu istək və maraq onun zəifliyi kimi qəbul olunmamalıdır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri