Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bayram və tətil günlərinin başa çatması ilə bir çox insan yenidən gündəlik həyatına qayıtmağa çalışarkən, mütəxəssislərin “tətil sonrası sindromu” adlandırdığı vəziyyət yenidən gündəmə gəlir.
Ölkə.az xəbər verir ki, tətil sonrası sindromu tətildən qayıtdıqdan sonra işə, məktəbə və ya gündəlik öhdəliklərə uyğunlaşma zamanı yaşanan müvəqqəti emosional və fiziki çətinlik kimi xarakterizə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu dövrdə insanlarda motivasiya azalması, yorğunluq, həvəssizlik, diqqət dağınıqlığı və yuxu rejiminin pozulması kimi hallar müşahidə oluna bilər. Xüsusilə uzunmüddətli istirahətdən sonra qəfil şəkildə intensiv iş tempinə qayıtmaq bu əlamətlərin daha qabarıq hiss olunmasına səbəb olur.
Araşdırmalar göstərir ki, bu əlamətlər insanların əksəriyyətində bir neçə gün ərzində zəifləyir və gündəlik rejimə yenidən uyğunlaşdıqca tamamilə aradan qalxır.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















