Təvəkkül Səlimov: Bugünkü Azərbaycan toylarında millilikdən əsər əlamət qalmayıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Müasir dövrdə keçirilən toyları qətiyyən bəyənmirəm. Toy adət-ənənənin, ritualların yaşam mücrüsüdür. Bu elə bir mücrüdür ki, xalqın mənəviyyatı özünü toyla ehtiva edir. Mən köhnə toyları da görmüşəm. Uşaqlıqda qadın toylarını palaz arasından müşahidə də etmişik. Mənim adım alimdir və zamanında Moskvada təsdiq olunmuşam. İndiki toylarımızda ənənə formal xarakter daşıyır. Bir dəfə efirdə dedim ki, istərdim toylarda bəylər başına milli papaq qoysunlar. Bu bir mənəvi dəyərdir. Bu sözümü orada qəribçiliyə saldılar. Digər bir qonaq dedi ki, "o niyə verilişə başına papaq qoymayıb, gəlib?". Canlı veriliş idi. Dedim ki, "Başından böyük danışma. Sən nə bilirsən ki, mənim papağım var ya yoxdur? Öz işinlə məşğul ol".
Oxu.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi Təvəkkül Səlimov deyib.
O daha sonra əlavə edib:
"Bugünkü Azərbaycan toylarında 90 faiz millilikdən əsər-əlamət qalmayıb. Toya "Menderson" marşı ilə başlayırlar. Halbuki "Vağzalı" ilə başlamalıdırlar. "Vağzalı" kənarda qalıb. Toyda cürbəcür oyunlar çıxarırlar. Diskoteka qoyurlar. Diskoteka nədir? Avropada toylarda şıllaq atırdılar, bu gün bizim toylarda eynisini edirlər. Ona görə də toyları bəyənmirəm. Hətta təklif etmişəm ki, aidiyyəti qurumlar yığılmalı və qərara gəlməlidirlər ki, Azərbaycan toyları necə olmalıdır? Əgər məsləhət bilsələr məni də həmin siyahıya salarlar. Bunu sənədli filmlər vasitəsilə göstərib təbliğ etməliyik. Heç olmasa arxivlərdə qalsın ki, 2026-cı ildə toylar belə keçirilərmiş. Biz gələcək nəsillər üçün bunu qorumalıyıq. Azərbaycan milli mənliyinin qorunmasında adət-ənənələrimizin çox böyük rolu var. Bizim bir olmağımız ənənələrimizlə bağlıdır. Adət-ənənəsi, dili olmayan xalq nə xalqdır ki? O xalq deyil, toplumdur", - deyə Təvəkkül Səlimov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 18 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















