Icma.az
close
up
RU
Təvəkkül Səlimov: “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar”

Təvəkkül Səlimov: “Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar”

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son illər Azərbaycanda geyimə münasibət mənfiyə doğru inkişaf edir. “Qurani-Kərim”də buyrulur ki, geyim insanlar üçün abır-həya məqsədilə göndərilib. Allahın kitabında da geyimin insan üçün nə qədər zəruri olduğu, əhəmiyyət daşıdığı vurğulanır. Xüsusən, gənc qızların, hətta məktəblilərin geyimindəki açıq-saçıqlıq ikrah doğurur, onlara qarşı insanda nifrət, acıq, əsəb yaranır. Axı geyimin bir şəkli, forması olar. Geyim insanın bədəninin, əzalarının örtülməsi, abır-həya üçündür, təkcə isti, yaxud soyuqdan qorunmaq üçün deyil. Açıq-saçıq geyinənlərin sayı son zamanlar ifrat dərəcədə artıb. Hətta bəzi ortada yeyib, qıraqda gəzən oğlanlar da şalvar, kostyum məsələsində o qədər ifrata varırlar ki. “Moda” adı ilə lazımsız səviyyədə geyimlər tikdirirlər, yaxud alırlar. Fabrik üsulu ilə hazırlanmış, xaricdən gətirilən geyimlər də bu baxımdan insanlarda yaxşı münasibət doğurmur. Orta yaşlı – 40-50 yaşında olan qadınlar elə paltarlar geyinirlər ki, adam xəcalət çəkir, utandığından yerə girir”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov deyib.

“Heç şəhərə, kəndin hansısa məhəlləsinə getmək lazım deyil. Bir-birini təkrar edən, bir-birindən daha aşağı səviyyədə hazırlanan televiziya verilişlərinə az qala küçədən dəvət olunan bir para müğənniciklərin geyimi insanda nifrət hissi oyadır. Onlar efirə oxumağa yox, bədən əzalarını göstərməyə çıxırlar. Bu, abır-həya gözləyən insanlar arasında yaxşı qarşılanmır. Bir ziyalı kimi geyimlərin bu cür əndirəbadi forma almasına qarşıyam. Mətbuatımız bu cür məsələlərə tez-tez yer ayırsa, bəlkə, beş nəfər açıq geyinəndən ikisi bu yoldan çəkinər. Bu da cəmiyyətimizin xeyrinədir. Demirəm ki, yapıncıya qayıdaq, qurşaq bağlayaq, başımıza şələ papaq qoyaq. Yox, o zaman, o dövran getdi. Lakin milli geyimlərimizin elə detalları var ki, bunları geyimlərə əlavə etsələr, daha gözəl görünər. İnsanların da münasibəti müsbət olar. “Dəb” adı ilə açıq-saçıq paltar istehsal edirlər. İndi “Leyli və Məcnun” kimi məhəbbət dastanları ortaya gəlmir, məhəbbət ucuzlaşıb. Çünki hər şeydə açıq-saçıqlıq, bayağılıq insanların məhəbbətə, həyata münasibətini soyudur. Geyim insanın vacib əxlaq dəyərlərindən, mərifət nişanələrindəndir və bir azərbaycanlı kimi bu mənəvi dəyərləri qoruyub-saxlamalıyıq. Bu bizim borcumuzdur”, – professor bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri