Təxliyə olunan ABŞ vətəndaşı: Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir
Icma.az bildirir, Azertag portalına istinadən.
Astara, 24 iyun, İlkin Adıyev, AZƏRTAC
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan gələn və müxtəlif ölkələrdən olan xarici vətəndaşların təxliyəsi fasiləsiz olaraq həyata keçirilir. Bu gün təxliyə olunanlar arasında ABŞ, Rusiya, Ukrayna və İtaliyadan olan şəxslər də var.
AZƏRTAC-ın “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınıb.
Təxliyə olunanlardan biri də ABŞ vətəndaşı xanım Simin Emiliedir. O deyib: “Mən milliyyətcə iranlı olan Amerika vətəndaşıyam. Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi”.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















