Icma.az
close
up
RU
Müəllimlik onun üçün bir şərəfdir

Müəllimlik onun üçün bir şərəfdir

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən 9-cu ADA Beynəlxalq Təhsil Konfransında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə N.Şirinov adına 5 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Nərminə Elman qızı Əzizlinin təqdim etdiyi məqalə yüksək dəyərləndirilib və o, konfransda məruzəçilərdən biri olub. 
ADA Universitetinin rektoru, akademik Hafiz Paşayevin, elm və təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi möhtəşəm təhsil konfransında İmişli müəlliminin "Müasir məktəblərdə xarici-dil üzrə buraxılış imtahanlarının şifahi hissəsinin metodiki əhəmiyyəti və təşkili xüsusiyyətləri" barədə təqdimatı maraqla qarşılanıb və onun məqaləsi konfransın Elmi Məruzələr toplusuna daxil edilib.
Konfransda müasir təhsilin hədəfləri, süni intellekt dövründə öyrənmə, eləcə də təhsilin inkişaf prespektlərindən geniş şəkildə danışılıb, keyfiyyətli təhsil üçün peşəkar müəllimin, güclü universitetin və milli-mənəvi dəyərləriə söykənən müasir məzmunun olması kimi fikirlər səslənib.
Nərminə müəllimə təəssüratlarını bizimlə bölüşərkən təqdimatının sevincindən qürur duyduğunu bildirdi. Qeyd etdi ki, o, bir müəllim kimi hər gün axtarışda olmasa, gündəlik fəaliyyətini təhlil edib qəlbində özünüqiymətləndirmədən keçirməsə, rahatlıq tapa bilmir.
"Müəllimlik mənim üçün bir şərəfdir! O yolun yolçuluğunda qəlbimdə şagirdlərimə sonsuz sevgi var. Onun qarışığı və üstəgəl valideynlərimin fəaliyyətimə verdiyi dəyər ən ali mükafatımdır", - Nərminə Əzizli deyir.
Nərminə Əzizli 2024-cü ildə keçirilən sertifikasiya imtahanında 57 bal toplamış yüksək peşə hazırlığına malik ingilis dili müəllimidir. Təlim gösrəricilərinə görə Mil-Muğan Regional Təhsil İdarəsi onun əməyini dəyərləndirərək Fəxri Fərmana layiq görüb.
 Peşəsini özünə şərəf bilən və ondan zövq alan Nərminə müəllimə daha böyük uğurlar arzulayırıq.
Səxavət Tağlar,
Əməkdar müəllimi, Prezident mükafatçısı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri