Texniki reqlamentlər qüvvəyə mindikdən sonra ölkədə mövcud standartların rolu necə dəyişəcək?
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Texniki reqlamentlər qüvvəyə mindikdən sonra ölkədə mövcud standartların rolu necə dəyişəcək? Onlar tarixə qovuşacaq?
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlərdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi istinad edilmiş standartlarda nəzərdə tutulur. Belə ki, texniki reqlamentlər əhatə etdikləri mal qrupuna dair ümumi təhlükəsizlik tələblərini əks etdirir. Həmin qrupa daxil olan hər bir mal növü üzrə daha dəqiq və detallı texniki xüsusiyyətlər isə istinad edilmiş standartlarda müəyyən olunur. Texniki reqlamentlərin qüvvəyə minməsi bu standartları daha çevik, dəstəkləyici və tamamlayıcı mexanizmə çevirir.
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda da istinad olunmuş standartların qəbulu əsas hədəflərdən biri kimi müəyyən olunub. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və aidiyyəti dövlət orqanları tərəfindən texniki reqlamentlərin əhatə etdiyi mallara dair istinad olunmuş standartların siyahısının hazırlanması işləri həyata keçirilir. Texniki tənzimləmənin şamil olunduğu mallara dair aidiyyəti dövlət qurumlarının təklifləri və beynəlxalq təcrübənin təhlili əsasında Agentlik tərəfindən ilkin olaraq iki mindən çox istinad standartı müəyyən olunub. Qeyd edək ki, hər bir texniki reqlamentə dair istinad standartlarının siyahısı Agentlik tərəfindən təsdiq olunacaq və Agentliyin rəsmi internet səhifəsində dərc ediləcək.
Texniki reqlamentlərin tətbiqi idxalçılar üçün tələblərin daha aydın şəkildə formalaşdırılmasına, uyğunluğun qiymətləndirilməsi prosesinin optimallaşdırılmasına, vaxt və maliyyə resurslarına qənaət edilməsinə şərait yaradacaq. Bu da bazarlara keyfiyyətli və təhlükəsizlik tələblərinə cavab verən məhsulların çıxarılmasını stimullaşdıracaq, bazar münasibətlərində rəqabətli mühitin təmin olunmasına müsbət təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















