Icma.az
close
up
RU
Ölkədə pensiya məbləği dəyişəcək QANUN

Ölkədə pensiya məbləği dəyişəcək QANUN

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda müşahidə olunan demoqrafik meyillər hazırda bir çox ölkələrlə müqayisədə müsbət hesab olunsa da, uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı nisbət, gözlənilən orta ömür müddəti və digər amillər pensiya sisteminə əlavə çağırışlar yarada bilər.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna daxildir ki, bu da dünya göstəriciləri ilə müqayisədə dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə onillikdə yaşlı əhalinin sayının artması, məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına və nəticədə pensiya ödənişlərinin maliyyə yükünün artmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyillərə görə, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin 2050-ci ilə qədər kifayət qədər aşağı enəcəyi proqnozlaşdırılır. 15-64 yaş aralığındakı əmək qabiliyyətli əhalinin sayı 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacaq, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisi 65,4 faizə qədər düşəcək.

Ən sürətli artım isə 65 və daha yuxarı yaşda olan əhali qrupunda gözlənilir. 2024-cü ildə bu yaş qrupunun xüsusi çəkisi 9,1 faiz təşkil edərkən, 2050-ci ilin sonuna qədər 18,1 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, əhalinin iqtisadi rifahının, tibbi xidmətlərin və sosial təminatın yüksəlməsi fonunda gözlənilən orta ömür uzunluğunun artması gözlənilir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və proqnozlara görə, 2050-ci ildə 78,6 il olacaq. Bu da əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanmasına və Fondun maliyyə yükünün artmasına səbəb olacaq.

Qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artırılması prioritet məsələ kimi qalır. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir. Bu kontekstdə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və maliyyə davamlılığı üçün vacib alət hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri