Icma.az
close
up
RU
Texnoloji yeniliklər ənənəvi ekvivalentlərinə hədədir mi? ARAŞDIRMA

Texnoloji yeniliklər ənənəvi ekvivalentlərinə hədədir mi? ARAŞDIRMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

TGL yəni, “Sabahın Qolf Liqası” – son illərdə populyarlıq qazanmış texnoloji əsaslı bir qolf liqasıdır. Bu liqa 2022-ci ildə yaradılıb və ABŞ-ın Florida ştatının Palm Beach Gardens şəhərində yerləşən xüsusi inşa olunmuş SoFi Center adlı məkanda keçirilir. TGL-də hər biri dörd PGA Tour qolfçusundan ibarət altı komanda iştirak edir. Matçlar 3-ə 3 formatında oynanılır və hər oyun təxminən iki saat davam edir. Liqa yüksək texnologiyalarla təchiz edildiyi üçün innovativ və gələcəyə yönəlmiş qolf formatı kimi tanınır.

Bakıvaxtı.az xəbər verir ki, çoxları düşünür ki, TGL-in bu qədər maraq oyandırması heç də təsadüfi deyil.

Gənc nəsil – xüsusilə Z nəsli və Millennials – sürətli və interaktiv fəaliyyətlərə üstünlük verir. Məhz bu səbəbdən TGL (Tomorrow’s Golf League) onlara xitab edir. Burada 1-2 saatlıq qısa matçlar keçirilir, sosial şəbəkələrdə canlı yayımlar aparılır və izləyicilər oyunçularla real vaxtda əlaqə qura bilirlər. Bu kimi xüsusiyyətlər TGL-ni texnologiya əsaslı yeni bir izləyici bazasına çatdırır. TGL, həm biznes sahəsində investorları, həm də idmançıları maraqlandıran yeniliklər təqdim edir.

PGA Tour-un bir çox ulduzu TGL-in ilk mövsümündə iştirak edib və təşkilatçılar bu turniri uğurlu hesab edirlər. Matçların izlənmə statistikası yeni başlayan bir liqa üçün çox yüksək olub.

TMRW Sports-un həmtəsisçisi Mike McCarley bildirib ki, ilk mövsümün mükafat fondu 21 milyon dollardır. SoFi Kubokunun qalibi 9 milyon dollar qazanır və bu məbləğ hər komanda üzvü üçün 2,25 milyon dollar təşkil edir. İkinci yer 4,5 milyon, üçüncü yer 2,25 milyon, dördüncü 2 milyon, beşinci 1,75 milyon və altıncı yer 1,5 milyon dollar alır.

Matçların idarə olunması və texnoloji təminatı üçün SoFi Mərkəzi Full Swing şirkəti ilə əməkdaşlıq edir. Burada oyunçuların atışları nəhəng 64x53 ölçülü ekranda əks olunur. 3800 kvadrat futluq sahə yaşıl örtüklə təmin edilir və bütün oyun dataları real vaxtda analiz edilir.

Ənənəvi golf uzun illər ərzində formalaşmış idman növüdür. Onun əsas üstünlükləri təbiətlə təmas, açıq havada oynanması və strateji yanaşmadır. Belə turnirlər, məsələn The Masters və Open Championship, golfun əsas dayaqlarını təşkil edir.

TGL ilə ənənəvi golf həm oxşar, həm də fərqli xüsusiyyətlərə malikdir. Ənənəvi turnirlər 4 gün davam edir, uzun oyun müddətləri və səssiz mühitə malikdir. Bu isə bəzən izləyiciləri darıxdıra bilər. TGL isə qısa və dinamik oyunlar təklif edir. Matçlar qapalı arenalarda, virtual texnologiyalarla keçirilir, oyunlara canlı analizlər və statistik məlumatlar əlavə olunur ki, bu da izləyici üçün daha interaktiv bir təcrübə yaradır.

Əsas sual budur: TGL gələcəyin golf standartı olacaq, yoxsa sadəcə alternativ olaraq qalacaq? Hazırda görünür ki, TGL ənənəvi golfu əvəz etməyəcək, əksinə onunla paralel şəkildə inkişaf edəcək. Məqsəd yeni auditoriyaya golfu tanıtmaq, marağı artırmaq və idmanı daha kommersiya yönümlü etməkdir.

Bəzi ekspertlər TGL-ni “golfun NBA-sı” adlandırırlar – yəni şou və vizuallıq ön plandadır. Amma qeyd edirlər ki, golfun əsas mahiyyəti – təbiət, səbr və dəqiqlik – yalnız ənənəvi golfda tam əks olunur.

TGL, golfun gələcəyi üçün maraqlı bir model təqdim edir və xüsusilə gənc nəsil üçün cəlbedici ola bilər. Amma onun ənənəvi golfu tamamilə əvəz etməsi real görünmür. Ən uyğun ssenari budur ki, hər iki forma bir-birini tamamlayacaq – biri dəyərli ənənəni qoruyacaq, digəri isə gələcəyə uyğun yenilikləri gətirəcək.

Alidə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see311

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see224

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see223

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see200

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see153

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see150

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see147

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see135

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri