Icma.az
close
up
RU
Təxribat strategiyaları RƏY

Təxribat strategiyaları RƏY

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Siyasi münasibətlər müstəvisində kimlərinsə kirli oyunlarında vətəndaşdan alət kimi istifadə olunması hallarının qarşısını almaq üçün gərək mümkün manipulyasiya metodları ifşa olunsun. Əlbəttə ki, bu məsələdə cəmiyyətin harayına yenə də siyasi maarifçilik işi çata bilər. Mövcud kontekstdə bilməyimiz vacib olan həqiqət odur ki, digər fəaliyyət istiqamətlərində olduğu kimi, təxribatlar da, xüsusilə siyasi təxribatçılıq fəaliyyəti də konkret yazılmış strategiyalar əsasında reallaşdırılır. Əsla düşünmək olmaz ki, qeyri-iradi şəkildə şahidlik etdiyimiz bəzi təxribatlar təsadüfidir. Sabitliyi pozmağa hesablanmış radikal müxalifətçiliyin hər bir əməli mütləq olaraq dəqiq təxribat xarakterli strategiyalar əsasında həyata keçirilir.

Bu mənada radikal müxalifətçiliyi çəkinmədən mütəşəkkil cinayətkarlıq ilə müqayisə edə bilərik. Ölkənin daxilində siyasi sabitliyi hədəfə almış və hətta dövlət çevrilişi xarakterli tədbirlərin görülməsini planlaşdıran xarici qüvvələr ilə istənilən sövdələşmə mütəşəkkil cinayətkarlığın əsl əlamətidir. Təkcə bu təsbitə görə siyasətdə radikal meyillər yolverilməzdir və bu cür xainlərə qarşı tətbiq oluna biləcək hətta ən sərt tədbirlərə belə haqq qazandırmaq mümkündür.

Qayıdaq bilavasitə təxribat strategiyalarına. Əlbəttə ki, hər pozucu və təxribat xarakterli davranışın mütləq ki, öz strategiyası vardır. Yaşanan son hadisələr və cəmiyyətin böyük hissəsi üçün bəlkə də yeni hesab olunan həqiqətlərin tədricən ifşası bizlərə dəqiq onu göstərir ki, bu cür şərti strategiyaları uzun illər ərzində yazan və onları icra edən tərəflər də mövcuddur. Misal üçün cəmiyyətin ictimai şüuruna zorla yeridilirdi ki, ölkədə guya böyük radikal düşərgə var imiş, bu düşərgənin bayraqtutanı isə Əli Kərimli imiş. Sözügedən siyasi mifdən həm xarici qüvvələr, həm ölkənin daxilində Kərimlinin düşərgəsinə nəzarət edə biləcək oyunçular kifayət qədər istifadə ediblər və mümkün olan dividentləri də çoxdan qazanıblar. Müxalifətin “lideri” obrazını və bu obrazdan irəli gələn xidmətlərini satan Kərimli tərəflər arasında intriqa yaratmaqla bu günə qədər öz aktuallığını qorumağa müvəffəq olub. Heç şübhəsiz ki, bu məsələdə sosial şəbəkə, dolaşan şayiə və nəzarətsiz internet məkanın da payı az deyil.

Bəli, indi də son hadisələrin nəticəsində bütün miflər puç oldu və cəmiyyətə “müxalifətin lideri” kimi sırınan Əli Kərimli həbs olundu. Razılaşın ki, “müxalifətin lideri” hesab olunan bir nəfərin həbsi ölkədə müxalifətçilik hərəkatının emosional kulminasiyası ola bilərdi. Sözsüz ki, bu cür hadisənin müxtəlif rəngli təzahürləri də yaşana bilərdi. Axı, hətta cinayət aləminin belə “lideri” həbs olunduğu təqdirdə narazılar hərəkətə keçir və öz etirazlarını bu və ya digər formada nümayiş edirlər. Demək ki, ya bu siyasətpərəst “lider” deyil, ya da ki bu “qorxunc” düşərgə reallıqda heç yox imiş. Var olan ancaq insanları çaşdıran boşboğaz qərəzli demaqogiya, emosional manipulyasiya və bu cür təxribatları sifariş edən “qüvvələr” imiş. Odur ki, kimlərinsə hesablamalarına görə kulminasiya olmalı olan bu hadisələr reallıqda radikal strategiyaların fiaskosuna çevrildi. Törədilmiş cinayətlərin yükü o qədər ağır, baş vermiş ifşalar isə o qədər aşkar və dəqiqdir ki, hadisələrin əsas fiqurantlarını müdafiə etməyə cəhd edən belə yoxdur.

Adını çəkdiyimiz siyasətpərəstin illər ərzindəki siyasi davranışı o qədər proqnozlaşdırılan idi ki, atacağı istənilən addımı çox rahat şəkildə öncədən hesablamaq mümkün idi. Sözügedən mülahizənin təsdiqini biz ötən dövr ərzində ölkəmizdə keçirilən seçkilər, baş verən mühüm hadisələr və hətta tarixi Qələbəmiz zamanı belə açıq şəkildə onun sifarişli davranışlarında görə bilərik. Burada biz daha bir önəmli həqiqətin üstünə çıxmış oluruq. Sözügedən siyasətpərəstin uzun illər ərzində davam edən eyni alqoritmli davranışı ondan xəbər verir ki, o, onun üçün öncədən yazılmış təxribatlar üzrə metodiki vəsaitlər əsasında hərəkət edirdi. Bu cür şərti metodiki vəsaitlərin məzmunu və iş mexanizmi çox bəllidir. Hər bir siyasi texnologiyaya qarşı antitexnologiya olduğu üçün də onun hər bir təxribatı vaxtında tərksilah olunurdu.

Həbs ətrafında emosional dalğa yaradılmasına nail olmayan qüvvələr indi də öz digər klassik metodlarına güc verirlər. Mövcud kontekstdə klassik metodlar sırasında ikisini xüsusi olaraq qeyd etmək lazımdır: iqtidarı güc alətlərindən istifadə etməyə təhrik edən daxili manipulyasiyalar və beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilən xarici manipulyasiyalar. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qətnamə də bir daha göstərir ki, bu qurum ölkəmizlə bağlı məsələlərdə siyasi sifarişlərə əsaslanan yanaşmanı davam etdirir.

Azərbaycanın əhalisi “ölkəmizə qarşı istifadə olunan ikili standartlar siyasəti” ifadəsini eşitməkdən bezib, bir sıra beynəlxalq təşkilatlar isə bu metoddan istifadə etməkdən hələ də bezməyib. Onların analoji demokratiya simulyasiyaları ilə tariximizdə dəfələrlə rastlaşmağımıza baxmayaraq, biz mövqe və milli maraqlarımızı hər zaman qorumağa müvəffəq olmuşuq.

Prezident İlham Əliyevin məhz milli maraqlara söykənən qətiyyət nümayişini də tariximizdə dəfələrlə görmüşük. Dövlət siyasətinin mahiyyətini əks etdirən Prezidentin: “Bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək”, – kimi sözləri və Azərbaycanda yaşanan həmrəylik mühiti istənilən təxribat strategiyalarına qalib gəlmək iqtidarındadır. Bu cür təxribatlar tarixi Qələbəmizin əldə olunmasında bizə mane ola bilmədiyi kimi, həmrəylik mühitin və dayanıqlı inkişafın təmin olunması prosesinə də zərər verə bilməz.

politoloq Asif Adil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see320

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see316

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see225

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see224

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see219

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see210

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see203

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see191

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see178

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see165

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see163

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see162

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see162

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see162

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see161

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see160

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see160

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see156

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see152

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri