Icma.az
close
up
RU
TƏXRİBAT SÖZARDI

TƏXRİBAT SÖZARDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxud, Rusiyanın İTAR-TASS agentliyi Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nə dayanır?

Bu gün Rusiya bütövlükdə Azərbaycanın üzərinə gəlməkdədir. Günahı özündə axtarmaq, etdikləri təxribatlara görə üzrxahlıq yolları aramaq əvəzinə qərəzlərini sıralaması, həm də bunu “strateji tərəfdaşı” olan qonşusuna qarşı başlatması Rusiyanı idarə edənlərin apatiya xəstəliyinə tutulduqlarına bir işarədir. Dünya çalxalanır, bu, bəllidir. Yeni dünya nizamının formalaşmasına hazırlıq gedir, bu da aydındır. Amma yeni nizam, parçalanma deyil, sadəcə konfiqurasiyaların dəyişməsidir, bu zaman yeni dostlarla yanaşı düşmənlər də qazana bilərsən. Rusiyanın addımlarında isə dostları düşmənə çevirmək sindromu yaşanır. Səbəb də tam olaraq bəlli deyil. İmperiyaların dağılma ərəfəsində nələr yaşadığını, hansı hərəkətlər etdiyini nəzəri olaraq gözümüzün qarşısına gətirsək, Kremlin qeyri-şüuri tərzini anlaya bilərik. Dağılma ərəfəsində bütün imperiyalar quduzlaşır, hamıya cırmaq atır, dişləyir.

2020-ci ilin 10 noyabrında Vətən müharibəsinin bitməsi ilə eyni vaxtda Rusiya ordusu “sülhməramlı” adı altında Qarabağa soxuldu. Sayları 1960 nəfər olsalar da, sonradan bu rəqəm onların ailə üzvləri, fövqəladə hallar nazirliyinin əməkdaşları, işıqçılar, santexniklər, rəssamlar, heykəltaraşlar, müəllim və həkimlərin hesabına artırıldı. İş o yerə çatdı ki, hətta Xankəndi şəhərində “rus icması” da yaradıldı. Bunun ardınca növbəti təxribatlar sıralandı, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan şəhərlərinin adı təhrif olunmağa, ermənilərə xas olan adlarla göstərilməyə başlandı. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Rusiyanın aidiyyəti qurumu əməllərini davam etdirməkdə israrlı olduğunu göstərdi.

Bu günlərdə isə Rusiya mətbuatında, daha doğrusu TASS agentliyində qərəzli bir məlumat tirajlanıb. Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsi sökülüb. Bu barədə ilk olaraq məlumat yayan erməni mediası abidəni az qala qədim tarixi abidə kimi təqdim etməyə çalışıb. Halbuki, Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə quraşdırılıb. Diqqət edin, Azərbaycanın suveren ərazisində 5 il müddətinə yerləşdirilmiş sülhməramlılar mandatına zidd olan addımlar atır, “Rusiya Şöhrət Xiyabanı” inşa edir, Saxarovun heykəlini uzaq Moskvadan sürüyə-sürüyə Xankəndinə gətirir, onun adını daşıyan məktəbin həyətində ucaldır və digər saysız-hesabsız qanunsuzluqlara imza atır, üstəlik də Qarabağla əlaqəsi olmayan Ayvazovskinin heykəlini dikəldir. Amma unudurdu ki, bütün bunların mütləq bir sonu olacaq və oldu da. Qarabağa yad olan bütün izlər silinməli idi və bu gün artıq sonuncular da silinir.

Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı Rusiyanın aparıcı media qurumlarından sayılan TASS da daxil olmaqla, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” kimi nüfuzlu KİV-lərdə yazılan məqalələrdə diqqətçəkən bir məqam var, onlar bu hadisə barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini açıq şəkildə pozan ifadələrdən istifadə ediblər. Xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir.

Bu təsadüfi sayıla bilməz, çünki bu media orqanları dövlətə məxsusdur və Kremlə yaxınlıqları ilə seçilirlər. Bu kimi halların əslində qarşılıqlı hörmət və diplomatik etiket prinsiplərinə uyğun həll edilməsi gözlənildiyi halda, məsələ informasiya şousuna çevrilib, süni gərginlik yaradıb. İki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirib. Təbii ki, əgər Azərbaycan oxşar addımları atsa, bunun, Rusiyada ciddi narahatlıq doğuracağına şübhə yoxdur. Əlbəttə, informasiya müstəvisində aparılan təxribatların qarşısı alınmalı, qarşılıqlı hörmət prinsipləri qorunmalıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın və ətrafındakı 7 rayonun işğalı zamanı ermənilər daşı-daş üstə qoymadılar, min illərə söykənən tariximizi silib atmağa, özlərinin qondarma, saxta keşmişlərini yaratmağa çalışdılar. Təəssüf ki, bunu bacardılar, amma tam olaraq yox. Çünki, bayağı, qondarma, saxta abidələr, çürümüş mürəkkəblə yazılan tarixlər tez silinər. 44 günlük müharibədən sonra erməni separatizminə vurulan son mismar həm də sabun köpüyü ilə yazılmış tarixi bir həmlə ilə havaya uçurdu. Rusiya sülhməramlıları ermənilərin Qarabağda qalmasını cəmi 13 ay təmin edə bildilər. Haqq, ədalət öz yerini tutdu, bu torpaqlar əsl sahiblərinə qismət oldu. Qondarma tarixlər, bu tarixi isbat edən heykəllər, qondarma abidələr də, TASS-ın yazdığı kimi, “vandalizm”ə məruz qalmadı, daha dəqiq ifadə etsək, aid olmadığı yerdən götürüldü. Qeyd edək ki, sözügedən heykəl 2021-ci ilin dekabrında, Rusiya sülhməramlılarının bölgədə olduğu dövrdə və Azərbaycanın razılığı olmadan ucaldılıb.

TASS-ın ikinci bir təxribatı da tarixi Xankəndi şəhərinin “Stepanakert” adlandırmasıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə şübhə doğuran açıq siyasi mesajdır, suverenliyimizə təhdiddir. Qarabağ artıq Azərbaycanın tam nəzarətindədir, bu şəhərdən erməni izini silməsək belə ruhən azərbaycanlılara məxsusdur, Xanın inşa etdiyi şəhərdir, erməniyə zərrə qədər də aidiyyəti olmayan bir yurd yeridir.

V.VƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see337

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see284

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see282

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see244

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see210

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see210

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see201

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see197

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see195

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see190

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see182

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see178

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see177

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see173

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see164

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see152

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see149

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri