Icma.az
close
up
RU
Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı “baş ağrıları” gətirir? KONKRET

Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı “baş ağrıları” gətirir? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanların daha çox üz tutduğu dərman növündən biri ağrıkəsicilərdir. Elə adam yoxdur ki, həyatının müxtəlif dönəmlərində hansısa ağrıkəsicilərdən istifadə etməsin. Bunu həftədə, ayda bir dəfə qəbul edənlər də var, mütəmadi qəbul edənlər də. Bəzən həkim təyinatı ilə yazılan ağrıkəsicilərlə yanaşı, əczaçılar tərəfindən məsləhət görülən, həkim nəzarəti olmadan istifadə edilən ağrıkəsici dərmanlar da olur. Təəssüf ki, günümüzdə nəzarətsiz, təyinatsız ağrıkəsici istifadə edənlər də çoxdur.

Nəzarət və təyinat olmadan qəbul edilən bu ağrıkəsicilərin orqanizmə hansı mənfi təsirləri olur?

KONKRET.az bildirir ki, bunu Trend-ə danışan qastroenteroloq Aynurə Məmmədova bildirib ki, praktikada çox sayda insanın nəzarətsiz şəkildə ağrıkəsicilər qəbul etdiyi görünür:

“Ağrıkəsicilərin ağrı kəsməklə yanaşı, iltahabəleyhinə və temperatur salıcı xüsusiyyətləri var. Ona görə də insanlar nəzarətsiz şəkildə, ehtiyac olan zaman ağrıkəsiciləri qəbul edirlər və nəticədə, həmin dərmanların əlavə təsirlərini də hiss edirlər. Əlavə təsirlər içərisində, əsasən, mədə-bağırsaq sistemi üzərində qastrit, eroziya, yaraların yaranması, hətta mədə-bağırsaq qanaxması, qaraciyər, böyrək zədələnmələrini görə bilirik, eləcə də, böyrək, qaraciyər çatışmazlıqlarına qədər gətirib çıxara bilir.

Mədə xəstəlikləri olan, reflüks, qastrit, xora, qaraciyər xəstəlikləri olan insanlar, yaşlılar, ağrıkəsicilər qəbul etməkdə risk qrupundadır. Bu xəstələrdə mədə-bağırsağın ciddi zədələnməsi və qanaxmaların olmasına, hətta həyati təhlükənin yaranmasına səbəb ola bilir. Buna görə də insanlar ağrıkəsicilər qəbul edərkən diqqətli olmalıdır. Ağrılar olan zaman öncə həkimə müraciət etməli, ağrının səbəbi müəyyənləşməli və ona uyğun həkim tərəfindən müalicə təyin edilməlidir”.

Həkim ağrıkəsici qəbul etmək məcburiyyəti qarşısında qalarkən, həkiməqədər yardımdan söz açıb.

“Ağrıkəsici qəbul etmək məcburiyyətində olunursa, bu zaman ağrıkəsicini mütləq toxqarına, bol su ilə qəbul etmək lazımdır. İlkin olaraq yüngül, əlavə təsirləri az olan ağrıkəsici preparat seçilməlidir. Əgər ağrıkəsici dərmanın tərkibi güclüdürsə, həmin insan mütləq mədəqoruyucu tablet qəbul etməlidir. Xronik xəstəlikləri olan, uzun müddət ağrıkəsici qəbul etmək məcburiyyətində olan xəstələr mütləq mədə endoskopiyası olmalı, helikobakter pilori tərəfindən araşdırılmalıdır. Əgər xəstənin mədəsində helikobakter pilori varsa, bu, ağrıkəsicilərin əlavə təsirlərinin meydana çıxmasına, xüsusilə mədə-bağırsaq xoralarının yaranmasına, qanaxma riskinin artmasına səbəb ola bilir”, – deyə həkim əlavə edib.

Kliniki Tibbi Mərkəzin terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya Trend-ə bildirib ki, ağrıkəsici dərmanlar, elmi dildə analgetiklər təsir qrupuna görə iki yerə bölünür:

“Bu qruplar narkotik ağrıkəsicilər və qeyri-narkotik ağrıkəsicilərdir. Güclü analgeziya xüsusiyyətlərinə malik olan narkotik ağrıkəsicilər travmalarda, cərrahi əməliyyatlarda, yaralanmalarda, şiddətli ağrı ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur.

Qeyri-narkotik ağrıkəsicilər əzələ ağrıları, sinir ağrıları, oynaq, baş və ya diş ağrıları zamanı istifadə edilir. Bu dərmanların həm də qızdırmasalıcı effekti var. Yüksək hərarətli xəstələrdə iltihabəleyhinə təsir göstərir. Narkotik ağrıkəsicilərdən fərqli olaraq, qeyri-narkotik analgetiklərin bir müsbət cəhəti də var ki, bunlar mərkəzi sinir sistemində tənəffüs mərkəzinə və öskürək mərkəzinə təsir etmir. Gündəlik praktikamızda rast gəldiyimiz ağrıkəsicilərə aspirini, analgini, parasetamolu misal göstərmək olar. Bu ağrıkəsicilərdən biz gündəlik həyatda daha çox istifadə edirik. Qeyri-narkotik ağrıkəsicilərdən gündəlik tibbi praktikalarda da geniş istifadə olunur. Onlar nəinki sinir, revmatoloji ağrıları aradan götürür, həm də hərarətsalıcı effekt göstərir”.

Həkim qeyd edib ki, bütün dərmanlarda olduğu kimi, ağrıkəsicilərin də qəbulu zamanı bu preparatlara qarşı göstəriş, əks-göstəriş mövcuddur.

“Mütəmadi qəbul edilən ağrıkəsicilərin ilk olaraq mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, eyni zamanda, görmə sinirinin xəstəlikləri kimi əks göstərişləri var.

Parasetamol çox geniş istifadə olunan preparatdır. Əksər dərmanların da tərkibinə kombin şəklində daxil olur. Parasetamolun uzun müddət nəzarətsiz qəbulu qaraciyər və böyrəyə toksik təsir göstərir.

İbuprofen tərkibli ağrıkəsici dərmanlar satışda ən çox nurafen adı ilə məşhurdur. Bu daha çox körpələrə təyin olunan preparatdır. İbuprofen tərkibli dərmanların mədə-bağırsaq sistemində olan ağırlaşmalar, xroniki böyrək və qaraciyər xəstəliyi zamanı istifadəsi əks göstərişdir.

Ümumi olaraq ağrıkəsici dərmanlara əks göstərişlər, əsasən, hamiləlik, südvermə dövrüdür ki, xüsusi ehtiyatla yanaşmaq lazımdır. Əlavə olaraq aspirin tərkibli dərmanlardan mütəmadi istifadə bronxial astmanın yaranmasına səbəb olur.

Belə bir qənaətə gəlmək olar ki, ağrıkəsicilər mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Ağrıkəsicilər özbaşına təyin olunmamalıdır, əczaxanaya müraciət edərkən əczaçı tərəfindən təyin edilməməlidir.

Ən əsası, daha çox ziyanla qarşılaşmamaq üçün ağrıkəsicilərdən istifadə zamanı mədəqoruyucu preparatlardan da istifadə etmək mütləqdir”,- deyə o əlavə edib.

Hepatoloq-qastroenteroloq Türkan Alyarova isə öz növbəsində Trend-ə bildirib ki, ağrıkəsicilər, xüsusən də daha çox istifadə etdiyimiz aspirin, diklofenak, ibuprofen həzm sisteminə mənfi təsir göstərə bilir:

“Birinci növbədə bu ağrıkəsicilər mədənin selikli qişasını qıcıqlandıra, orada iltihabın yaranmasına səbəb ola bilər. Bu da epoqastral bölgədə, yəni göbəyin üst tərəfində yanmalara, ağrılara gətirib çıxarar. Mədədə göynəmə, yanma, qıcqırma kimi simptomlarla üzləşə bilərlər. Ağrıkəsicilərin uzun müddət və yüksək dozada qəbulu, xüsusilə də həkim nəzarəti olmadan özbaşına şəkildə qəbul olunması bu dərmanların mədənin selikli qışasını zəiflədərək, həmin bölgədə mədə xorasının yaranma riskini artırır.

Bunun qarşısı alınmadıqda isə daha irəli dönəmlərdə xora, mədə qanaxmaları baş verə bilir. Bu zaman xəstələrdə kəskin şəkildə mədə ağrıları yaranır, qusuntu qanlı olur və bu zaman xəstə qan itirdiyinə görə baş ağrısı, baş gicəllənməsi kimi hallar özünü göstərir. Eyni zamanda, ağrıkəsici qəbul edən şəxsdə reflüks xəstəliyi və ya mədə yırtığı varsa, bu, xəstələrin simptomlarını daha da ağırlaşdıra bilər.

Əsasən, gecə saatlarında qəbul edilən ağrıkəsicilər yatarkən mədədə yanma və qıcqırma hissini kəskin şəkildə artırdığı üçün şikayətlər daha da artmış olur. Ağrıkəsicilərin ziyanlarını aşağı səviyyəyə endirmək üçün mütləq onları yeməkdən sonra, toxqarına qəbul etmək lazımdır, acqarnına qəbulu tövsiyə olunmur.

Eyni zamanda, diqqət etmək lazımdır ki, dərman bol su ilə qəbul edilsin. Hansısa ağrıkəsicini uzun müddət qəbul etmək məcburiyyətində qaldıqda, məsləhət görürəm ki, mütləq şəkildə əvvəlcə qastroenteroloq qəbulunda olunsun. Mədə müayinə edilsin, əgər heç bir problem yoxdursa, həkim nəzarətində ağrıkəsicilər qəbul olunsun. Yox, əgər bir problem varsa, mədə əvvəlcə müalicə olunmalıdır, daha sonra ağrıkəsiciləri qəbul etmək olar. Ağrıkəsiciləri mümkün qədər qısamüddətli və aşağı dozada qəbul etmək məsləhətdir”,- deyə həkim vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri