Icma.az
close
up
RU
Ağrıkəsicilər ağrıları niyə kəsmir? KONKRET

Ağrıkəsicilər ağrıları niyə kəsmir? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir.

Vətəndaşlar eyni dərmanı qəbul etdikləri halda ağrının gec kəsildiyini və ya ümumiyyətlə gözlənilən effekti vermədiyini bildirirlər. Bu isə dərmanların keyfiyyəti, saxlanma şəraiti, idxal prosesi və nəzarət mexanizmləri ilə bağlı suallar yaradır.

Bəs həqiqətənmi ölkəyə gətirilən dərman preparatlarında keyfiyyət problemi var?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı fikrini “Yeni Sabah”a açıqlayan həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, Səhiyyə Nazirliyinin keyfiyyətə nəzarət və analizator şöbəsində istənilən dərman preparatı ölkəyə daxil olarkən, bu şöbə tərəfindən yoxlanılır və yalnız qeydiyyatdan keçdikdən sonra satışa buraxılır:

“İndi dərmanların keyfiyyəti, xüsusilə ağır kəsicilərin effektivliyi mövzusuna gəlincə: təkcə ağır kəsicilər deyil, bəzi antibiotiklərin də təsirinin bəzən kifayət qədər effektiv olmaması müşahidə olunur. Lakin bu, həmişə dərmanların keyfiyyətsiz olması demək deyil.

Son dövrlərdə yaşanan virus infeksiyalarında, məsələn, qızdırmanı salmaq üçün istifadə olunan paraferin, paracetamol, Panadol kimi preparatlar, xüsusən uşaqlarda qızdırmanı aşağı salmaqda o qədər də effektiv olmadı. Buna görə əlavə vasitələrdən istifadə etmək lazım gəldi. Misal üçün, ibuprofen kimi digər iltihab əleyhinə və qızdırma salıcı preparatlar istifadə edildi. Bu isə göstərir ki, virus infeksiyalarının özünün də rolu var. Viruslar birlikdə yayılır və onların birbaşa təsirindən əmələ gələn qızdırmanı salma effekti, bəzi ağır kəsicilərin təsirindən daha az alınır”.

Həkim onu da qeyd edib ki, keyfiyyətsiz dərman preparatları da ola bilər:

“Lakin qeyd edim ki, Səhiyyə Nazirliyinin analizator şöbəsi qeydiyyatdan keçməyən dərmanları yoxlayır və onların apteklərdə satılması müəyyən nəzarət tələb edir. Bu, əsasən analizator şöbəsinin vəzifəsidir”.

Terapevt, kardioloq Rasif Bağırov isə “Yeni Sabah”a bu məsələni şərh edəndə deyib ki, dərmanların keyfiyyətinin aşağı olması anlayışı bir az nisbi anlayışdır:

“Düzdür, bunu hamı bilir və biz də deyirik ki, Azərbaycana gələn dərmanlar Avropaya gedən dərmanlarla eyni keyfiyyətdə deyil. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanda dərmanların alınması ilə bağlı alıcılıq qabiliyyəti çox aşağıdır. Həmçinin dərmanların qiymətləri məhduddur, buna görə ölkəyə Avropaya verilən keyfiyyətdə dərmanlar gəlmir. Lakin ölkəyə gələn dərmanların “keyfiyyəti yoxdur” anlayışına mən inanmıram və bu fikirlə razılaşmıram. Praktik olaraq işlədikdə görürük ki, dərmanlar təsir mexanizmi üzrə işləyir”.

Həkim vurğulayıb ki, bəzən ağrı-kəsici dərmanlar ağrını tam kəsə bilmir:

“Bunun səbəbi dərmanın öz keyfiyyəti deyil, insan orqanizmində əlavə problemlərin olmasıdır. Ağrının tam olaraq kəsilməsi üçün həmin əlavə faktor aradan qaldırılmalıdır. Əgər bu faktor qalırsa, dərman öz effektini lazımı səviyyədə göstərə bilmir.

Bu vəziyyətdə həkimin rolu çox vacibdir. Həkim əlavə faktorları aşkar etməli və lazım gəldikdə dərmanla birlikdə əlavə vasitələr tətbiq etməlidir ki, dərmanın təsiri tam olsun. Beləliklə, çox vaxt xəstələr dərmanı istifadə edib kömək etmədiyini deyəndə, dərmanın keyfiyyəti ilə bağlı narazılıq yaranır. Amma əslində dərman nisbi olaraq keyfiyyətlidir və göstərilən səviyyədə kifayət qədər təsir edir. Xüsusilə nəticənin alınmaması bəzən həkimin yanaşmasından və xəstənin əlavə faktorlarından asılıdır”.

Tanınmış həkim Seyfəddin Əsəd isə saytımıza açıqlayıb ki, İngiltərədən, Almaniyadan, Fransadan, İsveçdən, Hollandiya və digər Avropa ölkələrindən gələn dərmanların keyfiyyəti ilə Hindistan və ya İrandan gələn dərmanların keyfiyyəti eyni ola bilməz:

“Təbii ki, Türkiyədən gələn dərmanlar nisbətən Avropaya yaxın keyfiyyətdədir; Türkiyənin həm yaxşı, həm də zəif dərmanları var. Buna görə insanlar alman və ABŞ istehsalı dərmanları daha çox üstün tuturlar, çünki onların təsirini görürlər və qiymətinə baxaraq alırlar.

Mən başa düşürəm ki, dərmanların keyfiyyəti əsasən istehsal ölkəsindən asılıdır. Avropadan gələn dərmanlarla Hindistan və ya İran dərmanları arasında fərq böyükdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri