Teymur Kərimov vəfat etdi FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İnstitutun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Teymur Kərimov 10 dekabr 1940-cı ildə Quba rayonunun İsnov kəndində anadan olub. O, ömrünün 61 ildən artıq hissəsini aqrar elmin inkişafına və Azərbaycan meyvəçiliyinin tərəqqisinə həsr edib, uzun illər institutda səmərəli elmi fəaliyyət göstərib.
Alim 45 elmi əsərin, o cümlədən 31 elmi məqalənin, 3 təlimatın, 1 metodiki tövsiyənin, 3 kitabçanın və 2 kitabın müəllifi idi.
Teymur Kərimov Azərbaycanda ilk dəfə alma tinglərinin qış calağı üsulu ilə yetişdirilməsi texnologiyasını hazırlayıb. O, meyvə bitkiləri üçün optimal əkin sxemlərinin müəyyənləşdirilməsi, armud, zoğal və əzgil bitkilərinin becərilmə texnologiyalarının işlənməsi, eləcə də intensiv alma bağlarında cərgəarası torpağın müasir üsullarla becərilməsi istiqamətində mühüm elmi nailiyyətlərə imza atıb.
Bizim.Media
Baxış sayı:96
Bu xəbər 03 İyul 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















