Icma.az
close
up
RU
Vaqif Kərimov vəfat etdi FOTO KONKRET

Vaqif Kərimov vəfat etdi FOTO KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uzun sürməyən xəstəlikdən sonra bu gün 84 yaşında vəfat edib.

KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, Vaqif Kərimov 8 dekabr 1940-cı ildə Şəkidə anadan olub.

O, 1948 – 1958-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində, 1960 – 1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Uşaq yaşlarında incəsənətə böyük həvəs göstərib. Əvvəlcə rayon pionerlər evində İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində tarın, təhsil aldığı məktəbin dram dərnəyində isə teatr və aktyorluq sənətinin sirlərini öyrənib. Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik etdiyi Şəki rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar aktyor kimi çalışıb.

Vaqif Kərimov 1958-1960-ci illərdə Şəki ipək kombinatının klubunda görkəmli xanəndə və aktyor Yunis Qarabağlının rəhbərlik etdiyi “İpəkçi” xalq çalğı alətləri ansamblında tar ifaçısı, həmçinin həvəskar aktyor kimi çıxış edib.

Müxtəlif illərdə bir neçə bədii filmdə (“Arxadan vurulan zərbə” (Azərbaycanfilm), “Təyyarə yerə enmədi” (Özbəkfilm), “Amfibiya adam” (Lenfilm) epizodik rollarda çəkilib.

Azərbaycan Televiziyası ASC-nin “Telefilm” Yaradıcılıq Birliyi tərəfindən 2004-cü ildə Vaqif Kərimova həsr olunmuş “Yaxşı adam” adlı sənədli film çəkilib.

Şəki Veteranlar Şurasının məsul katibi, “Şəki Ensiklopediyası” jurnalının redaksiya heyətinin üzvü idi.

Vaqif Kərimov uzun müddət Mirzə Fətəli Axundov adına Şəki şəhər Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifidir, fitri hafizəsinə görə o, “Şəkidə mədəniyyətin canlı ensiklopediyası” kimi tanınırdı.

Allah rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri