Icma.az
close
up
RU
Teymur və onun komandası

Teymur və onun komandası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda doğulub böyüyənlərin Azərbaycanın və dünyanın hər yerində izi, imzası var desək,  yəqin ki, mübaliğə etmiş olmarıq. Elə biri 1987-ci ildə daşyonan fəhlə Əli Əzizovun ocağında dünyaya göz açmış Teymur. Milliyyətcə rus olan anası Lyuba xanımın məşhur “Timur və onun komandası” filminə  sevgisindən doğmuşdu bu ad seçimi. 

Onların yaşadığı 4-cü mikrorayondakı həyət uşaqlarının dilinə də adı “Timur” kimi düşmüşdü. Qardaşları Emil və Ruslan kimi o da dostlarının arasında mərdliyi, səmimiyyəti ilə seçilirdi. Oxuduğu 14 nömrəli məktəbdə də fəal şagirdlərdən idi.     

Teymur 10-cu sinifdən təhsilini daha yüksək nəticələri olan “Təfəkkür” liseyində davam etdirdi. Hara getsə, müəllifi Arkadi Qaydar olan “Timur və onun komandası” povestinin qəhrəmanı kimi o da özünə komanda yığırdı, bu komandanın uşaqları isə ən nümunəvi uşaqlar olmalı idilər. Axı o özü Timur kimi cəsur, həssas, qətiyyətli, xeyirxah idi. Liseydə də tez bir zamanda dostlaşdığı sinif yoldaşları onun xətrini çox istəyirdilər. Bir kapitan kimi, mübahisələri mehribanlıq və sülh yolu ilə həll edirdi. Buraxılış test imtahanlarında bütün suallara cavabı “5”-ə  layiq yazan üç nəfərdən biri də Teymur Əzizov oldu. Sonra abituriyentlik, qəbul imtahanları... müsbət nəticələr sıralandı və o, Sumqayıt Dövlət Universitetinin (SDU) kimya-biologiya fakultəsinə qəbul oldu. 

SDU-nu bitirəndən sonra  təhsilini BDU-nun magistraturasında davam etdirdi. Hərbi Xidmətini də uğurla başa vurub qayıtdı. Şəhərin Kimya   İnstitutunun laboratoriyasında işlədi. Amma Teymur Xüsusi Təyinatlı Qüvvələrdə qalıb xidmətini gizir kimi davam etdirən sinif yoldaşı və yaxın dostu Seymur Baxışova həsəd aparırdı. Nəhayət, bir gün anasına dedi ki, mən öz boy-buxunumdan utanıram. “Bu boyda oğlan da heç laboratoriyada oturar? Düzdür, kimya-biologiyanı sevirəm, dərinliklərinə qədər öyrənmişəm, lakin mən o divarlara sığmıram. Hərbiyə gedəcəyəm”. O, istəyini Seymur Aprel döyüşlərində həlak olandan sonra gerçəkləşdirdi. 

Anasının dedikləri: “Ən yaxın dostu şəhadətə qovuşmuşdu. Seymurun tabutunu 20 günə qədər gözlədik. Həmin günlərdə oğlum çox əziyyət çəkdi, çox fikir elədi. Sonra o da qəti qərara gələrək, hərbi sahədə xidmətə keçdi. Vətənpərvər oğul idi… Mən uşaqlarıma həmişə üstündə Azərbaycan bayrağı olan dəftər-kitab alırdım. Bayraq bizim üçün hər zaman müqəddəs sayılıb. Üzərində balamın əl yazısı olan dəftərləri indi də saxlayıram. Timur sentyabrın 27-si döyüşə yollandı. Mənə zəng vurub dedi ki, buradayam ana. Soruşdum ki, sən də avtomat əlində qaça-qaça döyüşürsən? Dedi, yox, mən hərbi hissələrə ərzaq, texnika göndərirəm. Döyüş bizdən çox uzaqda gedir, kimdir məni döyüşə buraxan?.. Yalan deyirmiş ki, fikir eləməyim”.

Leytenant Teymur Əzizovun boy-buxunu sanki zabit olmaq üçün biçilmişdi. Bir neçə dil bilməsi, ali təhsili, dərin biliyi hər yerdə kara gəlirdi. Uğurlarının sirrini     soruşduqda cavab verirdi ki, hər bir hərbçi, zabit özünün konstitusiya hüquqlarını və hərbi nizamnaməni doğru öyrənib əməl etsə, heç kimlə, heç yerdə problem yaranmaz.

Nəhayət, Quru Qoşunlarının “N” saylı batalyonunun şəxsi heyəti və taborları ön cəbhəyə yol aldılar.  Teymurun görməyi çox arzuladığı Murov silsiləsindən keçdilər. Sonra döyüş istiqamətini dəyişdilər. Düşməni məhv edə-edə Cəbrayıldan ötəndə Teymur çox təəssüfləndi – hər yer xarabazara oxşayırdı. Mənfur düşmən buraları göreşən kimi eşmişdi. Qəbristanlıqlar da yerlə-yeksan edilmişdi. Buna baxmayaraq, o, Suqovuşanın mənzərəsinə heyran qaldı. Düşündü ki, Qarabağın bu gözəlliklərini 30 ilə qədər görməməyin özü itirilmiş bir tarixdir. Nə yaxşı ki, indi bu tarix addım-addım geri qaytarılır. Dərələri, yarğanları, dağları aşıb keçirdilər. Leytenant özü öndə, taqımı da  onun ardınca irəliləyirdi. Düşmən ağır artilleriyadan atəş açırdı. Güllələr yağış kimi yağırdı. 

Oktyabrın 4-nə keçən gecə bölməyə yeni döyüş əmri gəldi. Zəruri tədarüklər görüldükdən sonra Əlixanlı kəndinə tərəf irəlilədilər. Birdən tabor komandiri baş leytenant Qayib Əliyev onlardan soruşdu: “Uşaqlar, ağır döyüşə gedirik. Evlə 
hallalaşmısınız?”. “Biz yox... Bəs siz?” – deyə onlar da sual etdilər.  Baş leytenant acı bir gülüşlə:  “Mən də yox!” – dedi. Sonra fürsət tapıb ailələri ilə danışdılar.

Silah-sursat daşıyırdılar. Cəbrayılı, Suqovuşanı almışdılar. Qarşıdakı yüksəkliyi də götürəndən sonra bütün Füzuli əllərində olacaqdı. Axşam evə zəng vurub həyat yoldaşı Zeynəbə deyəcəkdi ki, daha sənin doğulduğun Laçına az qalıb. Eh, bircə bu yağış yağmayaydı... 

 Səhər tezdən başlanan döyüş səngimirdi. Axşamüstü saat 17 radələrində səngərin içərisi ilə gedən leytenant Əzizov birdən yerə çökdü. Dostları tez başının üstünü aldılar. Düşmənin kor gülləsi sinəsinin altından keçib, qabırğasına ilişmişdi. Yağış qana, qan yağışa qarışırdı... Onu aparıb səngərin yağış və güllə tutmayan yerinə uzandırdılar. Hərbiçilərin özlərinə aid olan tibbi ləvazimatla ilk yardım edildi. Amma təxliyə maşını gec gəldiyi üçün igid leytenant qanaxmadan gözünü bu dünyaya yumdu.  

Şəhadətindən sonra Teymur Əzizov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub. İndi Temurgilin evindəki otaqların birində onun əşyaları toplanıb. Bu otağın ölçücü 44 kvadratmetrdir. 44 günlük “Zəfər Yürüşü”nün qəhrəmanlarından birinin xatirələrini, hərbi geyimini, şəxsi əşyalarını qorumaq üçün ediblər buranı. Teymur Əli oğlu Əzizovun  şəhadətindən sonra təltif olunduğu medallarla bərabər, sağlığında aldığı “Ordu Sıralarında Qüsursuz Xidmətə görə”, Azərbaycan Ordusunun  95 və 100 illiyi medalları da bu otağın bəzəyinə çevrilib. 

Aida EYVAZLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri