Icma.az
close
up
RU
Topal Teymur olmaz, Hərəkət məhdudiyyətli Teymur yazılmalıdır

Topal Teymur olmaz, Hərəkət məhdudiyyətli Teymur yazılmalıdır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qan Turalı yazır...

Dünyada son dövrlərdə elə hadisələr baş verir ki, onları sadə məntiqlə, ya da analitik təfəkkürlə anlamaq son dərəcə çətindir. Bu hadisələrdən biri də heç şübhəsiz ki, ədəbiyyatla, ümumilikdə incəsənətlə bağlı baş verən hadisələrdir.

Müasir dövrün ən görkəmli ingilis yazıçılarından olan Marqarit Etvudun dilimizə də tərcümə olunmuş "Damazlıq qızın əhvalatı" romanı Kanadanın Alberta əyalətinin kitabxanalarından yığışdırılıb. 86 yaşlı yazıçı bu qərarı kitabların tonqalında yandırılmasına bənzədir.

Bu hadisəni irqçiliklə belə izah etmək mümkün deyil, çünki Kanada hamının da bildiyi kimi keçmiş Böyük Britaniya müstəmləkəsidir və ingilis dili rəsmi dövlət dilidir.

Kanada öz qərarını kitabdakı cinsəllikə izah edir. İnternetin var olduğu dünyada bir kitabı gənclərin əxlaqını pozmaqda ittiham etmək nə dərəcədə məntiqlidir? Üstəlik, roman qorxulu gələcək haqqındadır. Romanda totalitar bir dünyada qadın hüquqlarının məhdudlaşdırılmasından bəhs edilir. Bir növ, romanın qorxulu gələcək ssenarisi gerçək olur.

Məsələ təkcə Etvudun romanı ilə də məhdudlaşmır. ABŞ-nin yaxın tarixində və hətta bu günündə irqçilik bir problem kimi dayanmaqdadır. Bunu inkar etmək mümkün deyil və əslinə qalsa, heç inkar edən də yoxdur.

Ancaq irqçiliklə mübarizə üçün atılan addım nədir? Harriyet Biçer Stounun "Tom dayının daxması" romanını senzura etmək... Halbuki, zəncilərin ağır həyatından, yaşayışından bəhs edən bu roman ABŞ-də zənci hüquqları uğrunda mübarizənin vüsət almasında mühüm rol oynamışdı. İndi isə romanda zənci (nigger) sözü "qul" (slave) sözü ilə əvəz olunur.

Və bu qərarı verənlər düşünürlər ki, Tom dayı, Eliza, ya da Tom dayının arvadı Xloya xala zənci yox kölə olsalar yaxşı olacaq və əsər heç kimin xətrinə dəyməyəcək. Halbuki, romanda Tom dayı eləcə də Eliza öz oğlu ilə bazarda kölə kimi satılır. Bu reallıq uşaqlara mənfi təsir etmir, ancaq zənci sözü edir.

Əlbəttə, insanların ləyaqətlərini alçaldan, onların etnik, dini kimliyinə həqarət edən sözlərdən imtina vacibdir. Ancaq məsələni ifrata çatdırmaq da olmaz. Müasir dünyada hər söz başqası ilə əvəz olunmağa başlayıb. Özü də ifrat formada. Bəli, başa düşürük, "kor" demək olmaz bu aydındır. Sonra dedilər ki, "əlil" də olmaz. Buna da "hə" dedik. Dedilər "fiziki məhdudiyyətli" olsun. Dedilər, o da düz deyil. Bəs nə deyək?

"Tom dayının daxması"na tətbiq edilən senzura Hüseyn Cavidə tətbiq edilsə "Kor ərəbin mahnısı da "Fiziki məhdudiyyətli ərəbin mahnısı" olacaq. "Topal Teymur" da "Hərəkət məhdudiyyətli Teymur"a çevriləcək.

Evə xidmətçi çağırırlar, adını qoyurlar "köməkçi". Köməkçi evin bütün işlərini görür, ancaq adı köməkçidir. Kimin köməkçisidir, köməkçisi olduğu şəxs hansı işləri görür? O məlum deyil.

İndi isə "sürücü" sözünə keçiblər. Deyirlər ki, sürücü pisdir, "nəqliyyat meneceri" deyək.

Keçən dəfə Türkiyədə bir elan gördüm, sürü meneceri axtarırdı. Yazını açıb oxudum, sən demə "sürü meneceri" çoban imiş. Çoban sözünün nəyi pisdir axı? İndi çoban sözünü yığışdırsaq "Sarı gəlin" mahnısındakı "Çoban qaytar quzunu" misrasını də "Sürü meneceri, qaytar quzunu?" edəcəyik?

Bəzən deyirlər ki, hər şey dildə başlayır. Bu, heç də belə deyil. Hər şey təfəkkürdə, zehniyyətdə başlayır, oradan dilə sirayət edir. Bir fikri dedikdən sonra düşünmürük, o cür düşündüyümüz üçün deyirik. Bizim zehniyyətimizdə qüsur varsa, sabah biz "köməkçi", "nəqliyyat meneceri", "sürü meneceri" sözlərini də stiqmaya, damğaya, ləkəyə çevirəcəyik.

Ədəbiyyat isə saxtalığa, qəlpliyə, puçluğa qarşı ən böyük üsyan, bəşər övladının həqiqət uğrunda mübarizəsinin əsas müttəfiqlərindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri