Təyyararənin sərnişinləri arasında Ağdaş rayon sakini Həbib İsmayılov da var FOTO/VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycana məxsus təyyararənin sərnişinləri sırasında Ağdaş rayon Ərəb kənd sakini 25 yaşlı Həbib İsmayılov da olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ailə üzvlərinin sözlərinə görə, qəza baş verməzdən bir gün əvvəl Həbib İsmayılov yaşadığı kənddən hava limanına, oradan da Qroznı şəhəri istiqamətində yola düşüb.
Bu, Həbib İsmayılovun anası ilə son danışığı olub. Qəza baş verəndən sonra hadisəni ilk eşidən əmi, qardaşı oğlunun taleyi ilə bağlı hələlik dəqiq məlumatın olmadığını deyir.
Xatırladaq ki, dekabrın 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib.
Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Paytaxt Bakı da daxil olmaqla ölkənin hər yerində bayraqlar yarıya qədər endirilib.Təyyarə qəzası nəticəsində ölənlərə Allahdan rəhmət,xəsarət alanlara şafa diləyirik.


Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















