Icma.az
close
up
RU
Təyyarə bileti almaq üçün ən uyğun vaxt Səyahətçilər bu tarixi seçsin

Təyyarə bileti almaq üçün ən uyğun vaxt Səyahətçilər bu tarixi seçsin

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səyahət planlaşdıran insanların bir çoxu özləri üçün təyyarə biletlərinə verilən pulu ən böyük xərclərdən biri kimi hesab edir. Daha ucuz bilet almaq üçün müxtəlif yollar axtarır.

Bəzən insanlar qiymətlər ucuz olsun deyə bileti bir neçə həftə, bəzən də bir neçə ay əvvəldən almağa çalışır. Bir çox insan bilet qiymətlərinin niyə bu qədər dəyişkən olduğunu və ucuz qiymətləri necə əldə edə biləcəyini düşünür. Əslində, aviaşirkətlər dinamik qiymət siyasəti tətbiq edir və biletlər günün, həftənin, hətta ilin müxtəlif dövrlərində fərqli qiymətlərə satılır. 

Bəs uçuş bron etmək üçün ən uyğun vaxt hansıdır? Həftənin hansı günləri bilet almaq daha sərfəlidir?

Ölkə.az xəbər verir ki, valyuta.az bu sualların cavabını tapmaq üçün aparılan araşdırmalara və təcrübələrə əsaslanaraq ətraflı məlumatı təqdim edir:

İlk olaraq qeyd edək ki, aviaşirkətlər biletlərin qiymətini tələb və təklif əsasında müəyyən edir. Yüksək tələbat olan günlərdə - bayram, yay tətili, həftəsonunda qiymətlər artır, daha az tələbat günlərində isə qiymətlər ucuz olur. Bundan əlavə, bilet satış platformaları istifadəçinin axtarış tezliyinə görə də qiymətləri dəyişə bilir.

Təhlillər göstərir ki, uçuş bron etmək üçün bir neçə ən yaxşı vaxt mövcuddur. 

Araşdırmalar göstərir ki, beynəlxalq uçuşlar üçün ən yaxşı bronetmə vaxtı uçuşdan 2-6 ay əvvəldir. Daxili uçuşlar üçün isə ucuz bilet bron etmək uçuşdan 1-2 ay əvvəl daha yaxşıdır. Adətən uçuş edəcəyiniz tarixdən cox erkən, məsələn, 3-6 ay əvvəl və ya çox gec, yəni uçuşdan bir neçə gün əvvəl bilet almaq adətən bahalı olur. Təcrübələr göstərir ki, həftənin müəyyən günlərində bileti daha ucuz almaq olur.  Məsələn, çərşənbə axşamı və çərşənbə bilet almaq üçün ən sərfəli günlər hesab olunur.

Həftə sonunda -cümə, şənbə, bazar günlərində biletlər adətən daha bahalı olur ki, bunun da səbəbi, daha çox insanın səfərini həmin günlərdə planlamasıdır.  

Ümumiyyətlə, səhər tezdən və gecə uçuşları gündüz saatlarına nisbətən ucuz olur. Biletlərin qiyməti ilin mövsümlərinə uyğun olaraq da dəyişir.  Məsələn, yanvar və fevral aylarında biletləri daha ucuz almaq olar.

Bunun əksinə olaraq, yay mövsümü və bayram günlərində biletlər daha baha satılır. Payızın ortası, yəni sentyabr və oktyabr ayları səyahət üçün ideal və sərfəli dövr hesab olunur.

Unutmayın, ucuz bilet tapmaq üçün əsas qayda, erkən planlaşdır, çevik ol və qiymətləri izləmək üçün texnologiyadan istifadə etməkdir.

Bundan başqa, səyahət planlayarkən müxtəlif aviaşirkətlərin təqdim etdiyi bilet qiymətlərini qarşılaşdıra, müxtəlif proqramlardan istifadə etmək olar. Bütün bu qaydalara əməl etməklə düzgün vaxtda doğru bileti seçməklə büdcənizə böyük qənaət edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Sentyabr 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri