Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Təyyarə olayı: Rusiya gözləntilərimizi “basdırır”?

Təyyarə olayı: Rusiya gözləntilərimizi “basdırır”?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

General-mayor Aleksey Tolopiloya qarşı bütün ittihamlar ləğv edilirsə...

Əslində, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Azərbaycanın Baş Prokurorluğuna AZAL-ın təyyarəsi ilə bağlı ünvanlandığı məktubundan sonra yaşananların heç biri təəccüb doğurmamalıdır. Təyyarəni vurmaq əmrini verən general-mayor Aleksandr Vasilyeviç Tolopiloya qarşı bütün ittihamların ləğvi də həmçinin. 

Qeyd edək ki, A.Tolopilo Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri kimi 2024-cü il dekabrın 25-də AZAL-a məxsus EMBRAER 190 təyyarəsinin vurulması əmrini verib. Bunu 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, ­polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanskinin dedikləri də təsdiqləyib. N.Orlyanski Tolopilonun əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib. Hesabatlara görə, raket qurğusunun heyəti Tolopilonun operativ tabeliyində olub və bu, 16 dekabr 2024-cü il tarixli rəsmi raportla təsdiqlənib. 

Yayılan məlumatlarda bildirilib ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor A.Tolopilo cinayət məsuliyyətindən yayınıb. General günahı dispetçerlərin üzərinə ataraq, raketlərin “öz-özünü məhv etdiyi” kimi sərsəm iddia səsləndirib, onların təyyarəyə zərər verə bilməyəcəyini deyərək, qəsdən yalan ifadələr verib. Əlbəttə, bu versiya daxili istintaq tərəfindən təkzib edilib. Amma...

O da məlumdur ki, ötən ilin iyulunda A.Tolopilonun vəzifəsi yüksəldilmişdi və bu, onu deməyə əsas verirdi ki, generalın AZAL-a məxsus təyyarənin vurulmasında müqəssir bilinməsi mümkünsüz olacaq. Hazırda ehtimalların özünü doğrultduğunun şahidiyik. Bir məqamı da qeyd edək ki, Tolopilo və ondan əmri qəbul edib döyüş maşınının ekipaj üzvlərinə ötürən polkovnik-leytenant N.Orlyanski ilə yanaşı, bilavasitə buraxılışı həyata keçirən və adını çəkdiyimiz kapitan D.Paladiçuk, həmçinin 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının döyüş idarəetmə qrupunun böyük şturmanı, kapitan Dmitri Pudovkin, Cənub Hərbi Dairəsinin qərargahının operativ növbətçisi, polkovnik-leytenant Vladimir Yanovski, 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə ­Qüvvələrinin Qvardiya Ordusunun komanda məntəqəsinin operativ növbətçisi, polkovnik Gennadi Yeremenko da faciədə fəal rol oynamalarına baxmayaraq, məsuliyyətə cəlb edilməyiblər. 

Bütün bunların fonunda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Azərbaycanın Baş Prokurorluğuna ünvanladığı məktub daha gülməlidir. Məlum olduğu kimi, bir müddət əvvəl “BT News” “Telegram” kanalında məktubun məzmunu olduğu iddia edilən mətn yayılmışdı. Mətndə bildirilirdi ki, AZAL-a məxsus təyyarə duman səbəbindən Rusiya ərazisində eniş edə bilməyib, Qazaxıstana gedib və orada qəzaya uğrayıb. Şübhəsiz, bu yanaşma təyyarə olayı ilə əlaqədar bütün bağlılıqların kökündən, özü də tamamilə inkarı idi. Halbuki gözləntilərimiz belə deyildi. Xüsusən də Rusiya Prezidenti Vladimir Putinin fikirlərindən sonra. 

Qeyd edək ki, Prezident Putin ötən ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbədə Prezident İlham Əliyevlə görüşdən sonra nikbin açıqlamalar vermiş, hətta təfərrüatlara vararaq demişdi ki, Azərbaycanın təyyarəsi yerdən açılan atəş nəticəsində vurulub, amma hədəf hava gəmisi deyil, Ukraynaya məxsus PUA-lar olub. Rusiya lideri hətta onu da demişdi ki, hədəf birbaşa təyyarə olsaydı, yəni hava gəmimiz raketin göydəki qalıqları, yaxud qəlpələri ilə deyil, özü ilə üzləşsəydi, əlavə məsafə qət edə bilməz, dərhal məhv olardı. Ən başlıcası isə Putin hadisə ilə bağlı əvvəlki üzrxahlığını yada salmış və əmin etmişdi: “Rusiya bu cür faciəli hallarda kompensasiya təmin etmək üçün lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətləri lazımi şəkildə qiymətləndiriləcək”. 

Xatırladaq ki, V.Putin 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəli insidentə görə” üzr istəmişdi. Bastrıkinin haqqında söz açdığımız məktubunun mətni isə Rusiya liderinin üzrxahlığı ilə də tərs-mütənasibdir. Hər halda, Putin rəhbərlik etdiyi ölkənin səmasından duman olduğuna görə üzr istəməzdi. Hərçənd, hava məkanındakı insidentə görə üzrxahlıq hələ məsuliyyətin etirafı deyildi. Ona görə Kreml rəhbərinin fikri heç o zaman da Azərbaycan tərəfindən məqbul sayılmamışdı. Prezident İlham Əliyev Rusiyadan təyyarə qəzasına görə məsuliyyəti etiraf etməsini istəmiş, ölkə hakimiyyətinin etirafdan yayındığı üzərində dayanmış, qəzanın baş verməsində məsul olan şəxslərin cəzalandırılmasının vacibliyini vurğulamışdı.

Bəli, V.Putinin Tacikistandakı açıqlaması ədalətin bərpa olunacağına ümidlər yaratsa da, A.Bastrıkinin ötən il dekabrın sonundakı məktubu gözləntilərin üzərindən xətt çəkmişdi. Amma bununla belə, Azərbaycan tərəfi nikbinliyini qorumuşdu. Məsələn, ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov demişdi: “Məktubda yumşaq desək, ciddi təəccüb doğuran bəzi məqamlar diqqət çəkirdi. Məqamlardan biri ondan ibarətdir ki, cənab Bastrıkin bu cinayət işinə xitam verilməsi barədə məlumatı bölüşüb. Bu, ciddi suallar yaradır və təəccüb doğurur. Həmin məktuba Azərbaycanın müvafiq qurumu tərəfindən təfsilatlı mövqe ortaya qoyulub və Rusiya tərəfinə çatdırılıb. Güman edirəm ki, bu məsələyə aydınlıq gətiriləcək. Ən azından bizim gözləntimiz iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq bu məsələ ilə bağlı araşdırmanın başa çatdırılması, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənməsidir”. 

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də ötən il dekabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında əldə edilmiş razılaşmaların mahiyyətini diqqətə çatdırmışdı. Mövcud kontekstdə heç bir prosedur qərarın Rusiya Prezidentinin bəyanatında yer alan təlimatların həyata keçirilməsi zərurətini əvəz və ya ləğv edə bilməyəcəyi barədə bəyanat müsbət qarşılanmışdı. 

Sonda qeyd edək ki, general-mayor A.Tolopiloya qarşı bütün ittihamlar ləğv edilirsə, deməli, ölkəmizin gözləntiləri də “basdırılır”. Nəzərə alaq ki, təyyarə olayı Azərbaycan–Rusiya münasibətlərində gərginlik yaratmışdı və ölkələr arasındakı soyuqluq hələ də davam edir. Söhbət müstəqillik illərindəki ən yüksək fazalı gərginlikdən və soyuqluqdan gedir. Görünür, Rusiyada kimlərsə mənfi ab-havanın saxlanılmasında maraqlıdır və təəssüf ki, onların mövqeyi rəsmi Moskvanın davranışını formalaşdırır. Başqa cür düşünməyə əsas qalmır. 

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri