Icma.az
close
up
RU
Təyyarə olayı və Rusiya XİN in “sığorta quşu”

Təyyarə olayı və Rusiya XİN in “sığorta quşu”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndi Moskvanın “göz yaşları” quruyub...

Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli məlumat yaymaqdansa, ölkənin dəymiş zərəri ödəmək qabiliyyətinin olmadığını bildirsəydi, ikitərəfli münasibətlər baxımından daha səmimi mənzərə yaranardı. Məsələn, nazirlik açıqlaya bilərdi ki, Ukrayna ilə müharibə, sanksiyalar Rusiyanı çökdürüb və buna görə Azərbaycandan təyyarə olayı ilə bağlı təzminatı bir qədər gözləməyi xahiş edirik. Razıyıq, “bir qədər”ə aydınlıq gətirməmək də olardı. Başa düşürük ki, Ukrayna ilə müharibənin bitməsi indinin və ya sabahın işi deyil.

Əlqərəz, indi Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-nin açıqlamasına cavabı ikincini rüsvay etməkdir. Əlbəttə, qarşı tərəfdəkilər başqa cür düşünə bilərlər. Amma sual yaranır: Onlar anlamırlar ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələbi tamamilə fərqli mövzulardır? Hər halda, bilməmələri şübhəlidir.

Bəli, Azərbaycan XİN-in açıqlamasından gəlinən nəticə budur ki, zərərçəkənlərə sığorta ödənişlərinin həyata keçirilməsinin Rusiya dövlətinə heç bir dəxli yoxdur. Təyyarə kənar amillərin təsiri olmadan qəzaya uğrasaydı da, Rusiya XİN-in açıqladığı ödənişlər yerinə yetiriləcəkdi. Digər tərəfdən, əgər Rusiya dünya ilə düşmən kəsilməsəydi, həmin ödənişi ölkə ərazisindəki şirkət həyata keçirməyəcək, Kremlin baş diplomatiya idarəsinin də dəxlisiz məlumat yaymasına ehtiyac qalmayacaqdı...

AZAL-ın təyyarəsi göydə quşlarla toqquşmayıb, nə də faciə göyərtədə qaz balonu partlayışı nəticəsində yaşanıb. Yəni, sığorta ödənişləri qəzanın hansı səbəbdən baş verməsindən asılı olmayaraq həyata keçirilən prosedurdur. Deməli, Rusiya XİN-in məsələyə dair məlumat yayması anlaşılmazdır. Axı qurum sığorta şirkəti deyil.

İndiki durumda söhbət təyyarənin kənar amillərin təsiri ilə qəzaya uğramasından gedir. Başqa sözlə desək, Rusiya səmasında raket hücumuna məruz qalması ilə yerə məcburi eniş etməsindən. O eniş ki, ona əvvəlcə Rusiya tərəfi icazə verməmiş, təyyarəmizin pilotu məcburiyyət qarşısında hava gəmisini Qazaxıstana yönləndirməli olmuş, faciəli qəza enişi ölkənin liman şəhəri olan Aktauda gerçəkləşmişdi.

Azərbaycan Rusiyaya qarşı konpensasiya tələbini ona görə irəli sürür ki, AZAL-ın təyyarəsi ikincinin hava məkanında hərəkət edərkən yerdən açılan raket atəşi nəticəsində idarəetməni itirib. Yəni, sığorta ödənişləri hər bir halda ödənilməlidir, bu, öz yerində. Başlıca məqam Rusiyanın təzminatı ödəməsi, dəymiş zərəri tam həcmdə qarşılamasıdır. Təzminat ödəmək üçün isə ilk növbədə məsuliyyət etiraf edilməlidir. Məsələn, bildirilməlidir ki, Qroznu şəhərində raket hücumundan müdafiəni təşkil edən hansısa əbləh komandir yuxusunda Ukrayna qoşunlarının hücuma keçdiyini görüb, ayılanda dizləri əsib, AZAL-ın təyyarəsini PUA-ya oxşadıb və onu vurmaq əmri verib. Başqa nə isə tapaqmı?..

Təəssüf ki, Rusiya müvafiq izahat vermir. Etmirsə, ölkənin Xarici İşlər Nazirliyinin sığorta ödənişləri ilə bağlı məlumat yaymaq nəyinə lazımdır? Görəsən, hansı məntiq nazirlikdəkiləri belə bir addım atmağa məcbur edib? Gülməlidir. Əslində isə durum gülməli yox, ağlamalıdır. Ona görə ağlamalıdır ki, belə demək mümkünsə, ödəniş məlumatı ilə paralel olaraq, Rusiya XİN-in mətbuat katibi cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasını Bakı-Moskva münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim edir. Bu azmış kimi, onların azadlığa buraxılmalarını münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürür. Təxminən belə: ödənişi də elədik, ta bizimkiləri sərbəst buraxın. Buna da güləkmi, ya nə edək, bilmirik. Ancaq onu bilirik ki, Azərbaycan XİN-in məsələyə izahı tam dəqiq və yerindədir: “Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur”.

Rusiya rəsmilərinin davranışlarından isə müəyən qədər söz açdıq. Əlavə edək ki, həmin vaxt təyyarəmizin quşlarla toqquşduğunu yuxusunda görənlər sırasında həmin rəsmilər də olmuşdu. Hətta, onların bəzilərinin sözlərindən belə nəticə hasil olmuşdu ki, Azərbaycan vaxtilə Rusiyaya məxsus hərbi helikopteri vurmuşdu, ona görə indi Rusiyanın hərəkətinə göz yummalıdır. Yəqin, xatırladınız ki, bu subliminal mesajın müəllifi Rusiya XİN rəhbəri Sergey Lavrov idi. Lavrovun dediklərinə Azərbaycan ictimaiyyətinin sərt reaksiya verdiyi də hər kəsə yaxşı bəllidir.

Azərbaycan dövlətinin Rusiya tərəfindən təyyarə olayı ilə helikopterin vurulmasının eyni müstəviyə gətirmək cəhdlərinə hansı münasibəti göstərməsinə gəldikdə, bunun detalları məlumdur və Prezident İlham Əliyev məsələnin üzərinə ötən ay Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir daha gəldi. “Sizə yenə də İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm. Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular”, - deyən dövlətimizin başçısı əlavə etdi ki, Rusiya tərəfindən təyyarəmizin vurulması ilə bağlı belə addımların atıldığını görmədik.

Prezident İlham Əliyev müsahibəsində, həmçinin bildirdi ki, 2020-ci il noyabrın 9-da Rusiya hərbi helikopterinin Azərbaycan tərəfindən vurulmasına görə ölkəmizin nümayiş etdiyi davranış eyni münasibəti qarşı tərəfdən də gözləmək üçün əsas verir, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin: “Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq”.

Rusiya tərəfi istintaqın nə zaman başa çatacağını bildirmir, ümumən, bununla bağlı heç bir xəbər vermir. Görünür, ölkədə kimlərsə onsuz da ödənilməli olan sığorta ödənişi ilə məsələni nəinki bağlamağa, eyni zamanda, başqa problemi aradan qaldırmağa ümid bəsləyib. Hər halda, “Rusiya XİN Azərbaycanda saxlanılanlar Rusiya vətəndaşları” mövzusunu təsadüfən gündəmə gətirmir. Bir daha deyək ki, mövzunun təyyarə olayı ilə bağlılıq payı başqa cürdür. Yəni, mənasız bağlılığı yaradan da qarşı tərəfdir.

Məsələ ondadır ki, təyyarə olayına görə müvafiq məsuliyyəti daşımaq istəməyən Rusiyada kimlərsə xaricdə yaşayan azərbaycanlılara təzyiq yolu ilə ölkəmizin geri addım atmasına nail olmağa cəhd göstərdi. Nəticədə ortaya daha ağlagəlməz mənzərə çıxdı. Prezident İlham Əliyev sözügedən müsahibəsində həmin mənzərəni də təsvir etdi. “Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi” – deyən ölkəmizin lideri onu da vurğuladı ki, münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür: “Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Sonda bunu da deyək: Yaxşı olar ki, Rusiya tərəfi Azərbaycana qarşı hörmətsizliyi dayandırsın, təyyarə olayı ilə bağlı əsl mahiyyətə meydan oxumasın, hansısa interpreativ metodlara baş vurmasın, əvvəldə vurğuladığımız kimi, səmimi davransın. Nəzərə alsın ki, mənasız açıqlamalar da səmimiyyət mühitinə zərbə vurur, etimadsızlıq yaradır. Nəticədə münasibətlərin qaydasına qoyulmasında əlavə çətinliklər formalaşır. Əlbəttə ki, Moskvaya Bakı ilə təmasları normallaşdırmaq lazımdırsa.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri