Icma.az
close
up
RU
Təyyarə qəzası həm Türkiyəni, həm də Azərbaycanı dərindən üzdü

Təyyarə qəzası həm Türkiyəni, həm də Azərbaycanı dərindən üzdü

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Paraddan sonra hamımızda xoş əhval-ruhiyyə var idi. Təyyarə qəzası doğrudan da həm Türkiyəni, həm də Azərbaycanı dərindən üzdü. Parad doğrudan da yüksək səviyyədə keçdi. Həm orada nümayiş etdirilən hərbi texnika, silahlar, həm də Azərbaycan əsgər və zabitlərinin hazırlıq vəziyyəti - bütün bunlar hamımızda qürur hissi yaratmışdı. Eyni zamanda üç dövlətin rəhbərlərinin tədbirdə iştirakı da mühüm hadisə idi. Bu, dünyaya verilən bir mesaj idi: üç dövlət bir yerdədir. Həmin gün bu birlik nümayiş etdirildi. Ona görə də biz fəxarət və qürur hissi içərisində idik".

Bu fikirləri politoloq Akif Nağı Redaktor.az-a Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, bu vəziyyət bir çoxlarını, bəzi mərkəzləri və dövlətləri o qədər də sevindirmədi:

"Belə bir şəraitdə baş verən qəza ilə bağlı müxtəlif fikirlər səslənir. Ümumiyyətlə, istər böyük, istərsə də kiçik qəzalar barədə bu günə qədər heç bir obyektiv məlumatın açıqlanmadığını demək olar. Çünki həmin “qara qutu” heç nə demir və ya bəzən sadəcə açmaq istəmirlər. Hazırda səsləndirilən versiyalara görə, xarici müdaxilə ehtimalı hələlik kənara qoyulur. Bildirilir ki, partlayıcı izinə rast gəlinməyib. Eyni zamanda texniki nasazlıq versiyası daha çox ön plana çıxır, çünki təyyarə uzun müddət istismarda olub. Digər ehtimal isə daşınan yükün mahiyyəti, ağırlığı, düzgün yerləşdirilməsi və xüsusiyyəti ilə bağlıdır, hazırda əsas təhqiqat bu istiqamətdə aparılır".

Müsahibimiz əlavə etdi ki, burada müəyyən siyasi motivlər və kimlərinsə qaranlıq məqsədləri mövcuddur:

"Mən hesab edirəm ki, bu istiqamətdə də axtarışlar aparılmalıdır və nəticədə həqiqət üzə çıxacaq. Heç bir cinayəti gizlətmək mümkün deyil. Sual yaranır: bu hadisədə kim maraqlı idi? Rusiya maraqlı ola bilərdi, Avropadakı müəyyən mərkəzlər maraqlı ola bilərdilər. Hər şey mümkündür. Buna görə də mən düşünürəm ki, hansısa xarici dövlətin bu məsələdə maraqlı olması ehtimalı üzərində daha çox dayanmaq və həmin istiqamətdə araşdırmalar aparmaq lazımdır. Əgər təhqiqat və rəsmi açıqlama yoxdursa, hansısa bir versiyanın üzərində dayanmaq düzgün deyil. Amma hər halda fikrimizi və arzumuzu bildiririk ki, Azərbaycan, Türkiyə və Pakistanın bu cür birgə fəaliyyəti, həmrəyliyi və ciddi ittifaq formalaşdırması bəzi dairələri narahat edir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri