Icma.az
close
up
RU
Təyyarə qəzası Azərbaycanı çörəksiz qoya bilər? “Amma bu mümkündür”

Təyyarə qəzası Azərbaycanı çörəksiz qoya bilər? “Amma bu mümkündür”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hazırda Dövlət Taxıl Fondunda müəyyən qədər taxıl ehtiyatımız formalaşıb. Amma fondun ilkin fəaliyyət dövründə yerli buğdanın alışı həyata keçirilsə də, son 2 ildə yerli taxıl alınmır”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Akif Nəsirli bildirib.

O qeyd edib ki, yerli buğdanın həm un çıxımı, həm də həmin unun keyfiyyəti aşağıdır:

“Ona görə də, Dövlət Taxıl Fondunun ehtiyatları idxal taxılından formalaşır. Doğrudur, Azərbaycan daxilində buğda istehsalının inkişaf etdirilməsi mümkündür. Kanadadan 70-80 sentner məhsul verən, yüksək keyfiyyətli buğda toxumu gətirilir. Amma həmin toxum Kanada şəraitinə uyğunlaşdırılıb, orada yüksək məhsuldarlıq verir. Azərbaycana gəlincə, eyni sortun məhsuldarlığı aşağıdır.

Müqayisə üçün, Kəlbəcərdən gətirilən kəklikotunu Bakıda, yaxud Beyləqanda əkin, görün bitəcək, ya bitməyəcək... Yəni iqlim, torpaq, hava fərqi xarici sortların Azərbaycanda uğur qazanmasına imkan vermir. Yüksək məhsuldarlığı olan buğda istehsal etmək istəyiriksə, o zaman ölkəmizdəki seleksiyaçılar fəaliyyətə başlamalıdır.

Bir sözlə, xaricdən toxum almamalıyıq, çünki heç bir fayda verməyəcək. Mütləq şəkildə seleksiya işi getməlidir”.

A. Nəsirli bildirib ki, Azərbaycanda yetişdirilən ərzaq buğdasının 70-80 faizi yemlik kimi istifadə olunur:

“Xaricdən alınan təxminən 1.3 milyon ton buğda yüksək keyfiyyətlidir. Təəssüf ki, ölkədə heç kimin ağlına gəlmir ki, özümüz toxum yetişdirək. Ona görə də, ölkə daxilində keyfiyyətli buğda istehsal etmək mümkün deyil. Əslində isə Azərbaycanın torpaq potensialı imkan verir ki, ölkə əhalisinin tələbatının 70-80 faizi qədəri yüksək keyfiyyətli buğda istehsal edilsin.

Ərzaq buğdasının idxalında Rusiyadan asılıyıq. Bu, çox təhlükəlidir. Rusiya ilə aramızdakı münasibətlər hər an korlana bilər. Sərnişin təyyarəmizin vurulmasından sonra Rusiya ilə münasibətlərimiz onsuz da kifayət qədər kəskinləşib. Doğrudur, hələ o dərəcəyə çatmayıb ki, Rusiya bizə taxıl satışından imtina etsin. Amma bu mümkündür.

Rusiya və onun kimi ölkələr iqtisadi tərəfdaş kimi kifayət qədər etibarsız ölkələrdir. Ona görə də idxalın şaxələndirilməsi bizim üçün daha təhlükəsiz olar”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri