Icma.az
close
up
RU
Təyyarə qəzası: Kreml Bakıdakı əsas silahını işə salacaqmı?

Təyyarə qəzası: Kreml Bakıdakı əsas silahını işə salacaqmı?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təyyarə gərginliyindən sonra Rusiya Azərbaycandakı “5-ci kolon”unu hərəkətə keçirə bilərmi? Kremlin ölkəmizdə ictimai rəyə təsir edən agentləri, siyasi partiyalar, QHT-lər, media və s. sahələrdə adamları varmı? Rəsmi Bakı son proseslər fonunda Moskvanı neytrallaşdıracaq hansı resurslara malikdir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan müstəqilliyini qazandığı gündən müxtəlif dövlətlərin ölkəmizdə maraqlarını qoruyan qüvvələr olub:

“Bu, Rusiyaya da aiddir. Moskvanın təsir agentləri qonşu ölkələrin bir çoxunda, o cümlədən Azərbaycanda da mövcuddur. Bir sıra Qərb ölkələri Azərbaycanla münasibətlərdə strateji səhvlərə yol veriblər. Bəzən bundan Rusiyanın təsir agentləri öz məqsədləri üçün istifadə edirlər.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin ölkəmizdə bu müharibədə Rusiyanın mövqeyini dəstəkləyənlər də var. Əlbəttə, bu fikirdə olanların hamısı Rusiyanın təsir agentləri deyil. Amma Rusiyadakı mərkəzlər əllərindən gələni edirlər ki, yaxın və uzaq ölkələr müharibə ilə bağlı məhz Kremlin mövqeyini müdafiə etsinlər. Halbuki Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır və Azərbaycan işğalçının yanında ola bilməz.

Elxan Şahinoğlu

Politoloq bildirib ki, Qərbin ölkəmizdəki informasiya resurslarının əl-qolu bağlanıb:

“Amerikanın səsi” və ya “Azadlıq radiosu”nun Bakıdakı ofisləri qapanıb. Rusiyanın bir neçə informasiya resursu isə ölkəmizdə fəaliyyətini davam etdirir. Həmin informasiya resurslarında azərbaycanlı jurnalistlər çalışır və çoxu ölkəmizin maraqlarından kənara çıxmırlar. Ancaq məsələ burasındadır ki, həmin resurslara rəhbər Moskvada təyin olunur. Azərbaycanda Rusiyanın təsir agentləri olsa da, təyyarə hadisəsindən sonra dilləri qısadır. Fakt ortadadır: Rusiya hərbi qüvvələri Azərbaycanın sərnişin təyyarəsini vurub və Prezident İlham Əliyev buna görə Kremlə ölkəmizin tələblərini bildirib.

Kreml Bakının haqlı tələblələrini yerinə yetirməyə həvəsli deyil. Belə vəziyyətdə Rusiyanın Azərbaycandakı təsir agentləri susmağa üstünlük verirlər. Ancaq bu o demək deyil ki, onlar ölkəmiz üçün təhlükəli deyil. Rusiyaya bərabərhüquqlu tərəfdaşlar deyil, vassallar lazımdır. Azərbaycan isə heç vaxt Rusiyanın vassalı olmayacaq”.

Rövşən Rza
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri