Icma.az
close
up
RU
Təyyarə qəzasından sonra rus dilində tədris bağlanır? Açıqlama

Təyyarə qəzasından sonra rus dilində tədris bağlanır? Açıqlama

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya təyyarəmizi vurdu, indi müzakirələr var ki, dövlət məktəblərdə rus sektorlarını bağlasın, rus dili ayrıca xarici dil kimi keçilsin.

Belə bir hal baş verə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ilk növbədə qeyd edim ki, bu məsələni emosiyalarla deyil, soyuq başla və uzunmüddətli perspektivləri nəzərə alaraq qiymətləndirmək lazımdır.

Ekspertin sözlərinə görə, indiki şəraitdə belə bir addımın atılması həm daxili, həm də xarici siyasətdə geniş rezonans doğura bilər.

Kamran Əsədov vurğulayıb ki, rus dili Azərbaycanda hələ də geniş istifadə olunur. 2020-ci ildə verilən statistikaya görə, Azərbaycanda ümumtəhsil məktəblərinin 17%-i rus bölməsində təhsil alır. Bu da təxminən 110 min şagirdə bərabərdir. Rus dili, təkcə keçmiş sovet ölkələri arasında deyil, həm də dünya miqyasında 200 milyondan çox insan tərəfindən danışılan bir dildir. Bu, rus dilinin həm mədəni, həm də iqtisadi əhəmiyyətini göstərir. Məsələn, Azərbaycanda bir çox valideyn rus bölməsini seçərkən bu dilin beynəlxalq əlaqələrdə və təhsil imkanlarında oynadığı rolu nəzərə alır. Lakin bu, eyni zamanda, bəzi problemləri də ortaya çıxarır: gənclərin öz ana dillərində təhsil almaması və nəticədə dil və milli kimlik ilə bağlı boşluqlar yaranması.

“Dünya təcrübəsində belə halların müxtəlif həll yolları var. Məsələn, Baltikyanı ölkələr Estoniya və Latviya SSRİ-dən müstəqillik əldə etdikdən sonra öz dövlət dillərinin mövqeyini gücləndirmək üçün konkret addımlar atıblar. Latviyada rus dili tədrisi məhdudlaşdırılıb, məktəblər əsasən latış dilində fəaliyyət göstərməyə başlayıb. Estoniyada isə dövlət dili olmayan məktəblərdə dərslərin əksəriyyəti eston dilində keçilməyə başlanıb. Bu islahatlar nəticəsində həmin ölkələrdə milli kimlik güclənsə də, cəmiyyətin müəyyən təbəqələri arasında gərginlik yaranıb.

Digər bir nümunə Qazaxıstandır. Qazaxıstan həm rus dilinin mövcudluğunu qorumağa çalışır, həm də qazax dilinin statusunu artırmağa yönəlik siyasət həyata keçirir. Onlar rus dilini ikinci dövlət dili olaraq saxlayıb, qazax dilini əsas təhsil və ictimai fəaliyyət dili kimi inkişaf etdirirlər. Bu yanaşma cəmiyyət daxilində balans saxlamaq üçün effektiv ola bilər.

Azərbaycanda isə bu mövzuda həssas yanaşmaq lazımdır. Rus bölmələrini birdən-birə bağlamaq ölkə daxilində narazılığa səbəb ola bilər, çünki rus dilində təhsil alanların valideynləri bu addımı təhsildə keyfiyyətin azalması kimi qavraya bilərlər. Daha optimal yanaşma rus bölmələrində Azərbaycan dilində təhsilin rolunu artırmaq və rus dilini əlavə xarici dil kimi keçmək ola bilər. Belə bir keçid mərhələli şəkildə tətbiq olunsa, həm rus dilində təhsil alanların maraqları qorunar, həm də dövlət dilinin mövqeyi gücləndirilər.

Ən yaxşı yanaşma, zənnimcə, mərhələli və balanslaşdırılmış islahatlar olmalıdır. Məsələn, ibtidai siniflərdə Azərbaycan dilinin daha çox tədrisinə üstünlük vermək, orta və yuxarı siniflərdə isə rus dilini xarici dil kimi keçmək mümkündür.

Bu addımların hər biri cəmiyyətin konsensusuna əsaslanmalıdır. Azərbaycan, həm mədəniyyətini, həm də beynəlxalq əlaqələrini qoruyaraq dil məsələsində dəqiq və düzgün siyasət həyata keçirə bilər”.

Dəniz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri