Təyyarə qəzasından sonra Yunanıstandan şok paylaşım Silməyə məcbur oldular
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğramasından sonra Ankara ilə Afina arasında qalmaqal yaranıb.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə 20 şəhidinə görə yas içində olduğu bir vaxtda Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında etiraz doğuran paylaşım edilib.
Belə ki, türk C-130 təyyarəsinin qəzaya uğramasından sonra Yunanıstan Hərbi Hava Qüvvələri C-130 təyyarələrinin görüntüsünü “Günün fotosu” qeydi ilə yayımlayıb.
Bu paylaşım qısa müddətdə türk istifadəçilərinin sərt etirazına səbəb olub.
Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Afinaya şifahi nota verib.
Gələn reaksiyalardan sonra Yunanıstan Hərbi Hava Qüvvələri həmin paylaşımı silib. Ardınca ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Türkiyəyə ünvanladığı başsağlığı məktubu rəsmi olaraq yayımlanıb.
Qeyd edək ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















