Icma.az
close
up
RU
Bank vətəndaşın borcunu silməyə məcbur edilə bilərmi?

Bank vətəndaşın borcunu silməyə məcbur edilə bilərmi?

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kredit borclarının hansı hallarda bağışlana və ya silinə biləcəyi uzun müddətdir ki, vətəndaşları maraqlandıran əsas suallardan biridir. Xüsusilə maliyyə çətinliyi yaşayan şəxslər üçün bu məsələ aktual olaraq qalır. Bəs banklar kredit borcunu silməyə məcbur edilə bilərmi, yaxud borcun ləğvi hansı şərtlərlə mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit borcu yalnız kredit verənin – yəni bankın və ya maliyyə təşkilatının qərarı ilə silinə bilər.

Ekspertin sözlərinə görə, heç bir qurum, o cümlədən dövlət belə, bankı kredit borcunu silməyə məcbur edə bilməz. Dövlət yalnız istisna hallarda vəsait ayıraraq vətəndaşların borcunun bir hissəsini ödəyə bilər. Buna nümunə kimi 2019-cu ildə dollar kreditləri ilə bağlı verilmiş prezident fərmanını xatırladan Əkrəm Həsənov qeyd edib ki, həmin vaxt banklara “borcu silin” göstərişi verilməmişdi, sadəcə dövlət büdcəsindən vəsait ayrılaraq banklara ödəniş edilmişdi. Nəticədə vətəndaşların kredit borcunun müəyyən hissəsi dövlət tərəfindən qarşılanmışdı.

“Kredit borcunun silinməsi ilə bağlı tez-tez səslənən iddia müddətinin ötməsi məsələsi də borcun tam aradan qalxması demək deyil. Belə ki, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra bankın məhkəməyə müraciət etmək üçün müəyyən vaxtı olur. Hazırda fiziki şəxslərlə bağlı bu müddət 1 il, digər hallarda isə 3 il təşkil edir”.

Əkrəm Həsənovun sözlərinə görə, əgər bank bu müddət ərzində məhkəməyə müraciət etməzsə və borclu məhkəmədə iddia müddətinin ötdüyünü əsas gətirərsə, məhkəmə bankın tələbini təmin etməyə bilər. Lakin bu, borcun silinməsi anlamına gəlmir:

“Sadəcə bank məhkəmə yolu ilə borcu tələb edə bilmir. Amma borc mövcuddur və kredit bürosunda, kredit tarixçəsində qalır. Həmin borc avtomatik olaraq silinmir.”

Ekspertin fikrincə, kredit borcunun tam silinməsi yalnız bankın öz istəyi və qərarı ilə mümkündür.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri