Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Təyyarə vurulduqdan 30 dəqiqə sonra… ŞOK detal

Təyyarə vurulduqdan 30 dəqiqə sonra… ŞOK detal

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması barədə ilkin hesabatı təqdim edib. Təyyarənin yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qaldığı təsdiqlənib. Belə ki, təyyarə havada olarkən iki partlayışın baş verdiyi və nəticədə hidravlik sisteminin zədə aldığı bildirilir.

Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev deyib ki, “xarici təsirə məruz qalıb” o deməkdir ki, doğrudan da təyyarəmizə atəş açılıb.

O, burada başqa səbəbin olmadığını bildirib:

“Məlum məsələdir ki, təyyarəni “Pantsir S-1” HHM sistemi ilə vurublar. Vuran zaman isə hidravlik sistemini zədələyiblər. Hidravlik sistemi dağılanda təyyarəni idarə etmək mümkün olmur. Orada normal insan 20, maksimum 30 dəqiqə dözə bilər. Bilirsiniz, Rusiya düşünülmüş şəkildə başqa bəhanə gətirsə belə təyyarəni istehsal edən “Embraer” şirkəti onların heç birini qəbul etməyəcək. Çünki onlar istehsal etdikləri texnikaya əminliklə zəmanət verirlər. Texniki nasazlıq o şirkətə zərbə vurar. Ona görə də Braziliya əsassız iddiaları qəbul etməyəcək, hər şeyi olduğu kimi də açıqlayacaq”.

AZAL-ın keçmiş prezidentinin fikrincə, Rusiya bilərəkdən AZAL-a məxsus təyyarənin yaxınlıqda olan hava limanlarından birinə eniş etməsinə imkan verməyib:

Ədalət Əliyev

“İzi itirmək üçün təyyarəni Qazaxıstana göndəriblər ki, eniş edə bilməsin, dənizə düşsün. Elə olsa, bütün izlər itəcəkdi. Təyyarədə belə bir cihaz var ki, hansı ərazidə olursa-olsun, siqnal ötürə bilir. Bizim təyyarəmizi vurublar, vəssalam… Rusiyanın dediklərini qəti qəbul etmək lazım deyil”.

Ədalət Əliyev deyib ki, əgər Minvod və ya digər yaxınlıqdakı hava limanına eniş etməyə icazə verilmiş olsaydı, hər kəs sağ qala bilərdi:

“Hidravlik sistemi 20-30 dəqiqə sonra tam sıradan çıxır. Əgər təyyarə Aktauya qədər gedə bilibsə, deməli, Rusiya ərazisinə daha tez çatardı. Pilotu Minvod, Mahaçqala, Qroznı və daha yaxın məsafədə olan aeraporta yönətlmiş olsaydılar, hamısı sağ-salamat çıxa bilərdilər. Amma bilərkdən icazə verməyiblər. Ola bilsin, Rusiya Qazaxıstan tərfinə də təsir göstərər və ya artıq göstərir. Amma təyyarəni Braziliya istehsal etdiyi üçün törətdikləri cinayəti danmaq mümkün olmayacaq. Kor-kor, gör-gördür…”

Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-ə məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğu təsdiq edilib. Təyyarəyə eniş icazə verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri