Icma.az
close
up
RU
Təyyarə vurulubsa, üzr istənilməli, kompensasiya təklif olunmalıdır

Təyyarə vurulubsa, üzr istənilməli, kompensasiya təklif olunmalıdır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni ili xoş əhval-ruhiyyə ilə qarşılamaq istəyən xalqımız üçün çoxsaylı insan itkisi ilə nəticələnən bu bədbəxt hadisə çox üzücü oldu. Prezident səfərə gedərkən yarıyoldan geri döndü, ölkədə matəm elan elan olundu. Dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirəm. 

Modern.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib.

O qeyd edib ki, qəzanın hansı səbəbdən baş verməsini hökumət komissiyası araşdırmalardan sonra açıqlayacaq.

"Amma Rusiya araşdırmaların nəticəsini gözləmədən dərhal bildirməliydi ki, həmin vaxt hava hücumundan müdafiə sistemi hansısa uçan obyektə Qroznı ətrafında atəş açıb, ya yox. Bunu dostluq və müttəfiqlik münasibətlərimizin hazırki yüksək səviyyəsi diqtə edir. Dimitri Peskovun “biz ekspertizanın nəticəsi elan olunmayana qədər heç bir şərh verməyəcəyik”,-açıqlaması başa düşülən deyil. “Sübut edə bilsəniz, etiraf edərik”,-yanaşmasına oxşayan bu mövqe çox üzücüdür. Ümumiyyətlə, Qroznıya PUA hücumlarının olduğunu hamı bilirdi, ona görə həmin şəhərə uçuşlara icazə verilməməliydi. Şimali Qafqaza uçuşların dayandırılmasını düzgün qərar hesab edirəm.

Məni qardaş qazax xalqının sadə təmsilçilərinin dünyasını dəyişənlərin xatirəsini əziz tutaraq səfirliyimizin önünə gül dəstələri qoyması və yaralılar üçün qan vermələri çox təsirləndirsə də, Qazaxıstanın qəzanın səbəblərini araşdıran Komissiyanın tərkibinə Azərbaycandan olan mütəxəssisləri buraxmaması da ciddi məyus etdi", - deputat qeyd edib.

Partiya sədrinin sözlərinə görə, təyyarənin göyərtəsindəki qəlpə deşiklərinin çıxıntılarının bayırdan içəriyə doğru olması açıq-aydın görsənir, bu və sağ qalanların ifadələri təyyarənin yerdən vurulması ehtimalını gücləndirir:

"Sözsüz ki, təyyarə göyərtəsindəki belə deşiklərlə Bakıdan havaya qalxmayıb. Quşların təyyarə ilə toqquşması səbəbindən füzülyajda belə deşiklərin açılmasının mümkünsüzlüyünü başa düşmək üçün mütəxəssis olmaq lazım deyil. Təyyarə vurulubsa, böyük səhvə yol verildiyi deyilməli, üzr istənilməli və həlak olanların yaxınlarına kompensasiya təklif olunmalıdır. Müharibələrdə təəssüf ki, günahsız insanlar da qurbana çevrilir. Biz Vətən müharibəsində səhvən Rusiya vertolyotunu vuranda dərhal bunu etdik. Bu gün xalqımızı həmrəyliyə çağıraraq və əlavə söz-söhbətin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən partiyalar birgə bəyanatla çıxış edərək, qısa bir müddətdə icimaiyyətə məlumat verilməsini istəyiblər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri