Icma.az
close
up
RU
“ÜZR İSTƏNİLMƏLİ, KOMPENSASİYA TƏKLİF OLUNMALIDIR...” “Rusiya araşdırmanın nəticələrini gözləməməli idi” AzPolitika onlayn siyasiictimai qəzet

“ÜZR İSTƏNİLMƏLİ, KOMPENSASİYA TƏKLİF OLUNMALIDIR...” “Rusiya araşdırmanın nəticələrini gözləməməli idi” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, son aviaqəza barədə fikirlərinizi bilmək istərdik...

- Yeni ili xoş əhval-ruhiyyə ilə qarşılamaq istəyən xalqımız üçün çoxsaylı insan itkisi ilə nəticələnən bu bədbəxt hadisə çox üzücü oldu. Prezident səfərə gedərkən yarıyoldan geri döndü, ölkədə matəm elan elan olundu. Dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirəm.

Qəzanın hansı səbəbdən baş verməsini hökumət komissiyası araşdırmalardan sonra açıqlayacaq. Amma Rusiya araşdırmaların nəticəsini gözləmədən dərhal bildirməliydi ki, həmin vaxt hava hücumundan müdafiə sistemi hansısa uçan obyektə Qroznı ətrafında atəş açıb, ya yox. Bunu dostluq və müttəfiqlik münasibətlərimizin hazırkı yüksək səviyyəsi diqtə edir. Dmitri Peskovun “biz ekspertizanın nəticəsi elan olunmayana qədər heç bir şərh verməyəcəyik”, açıqlaması başadüşülən deyil. “Sübut edə bilsəniz, etiraf edərik”, - yanaşmasına oxşayan bu mövqe çox üzücüdür. Ümumiyyətlə, Qroznıya PUA hücumlarının olduğunu hamı bilirdi, ona görə həmin şəhərə uçuşlara icazə verilməməliydi. Şimali Qafqaza uçuşların dayandırılmasını düzgün qərar hesab edirəm.

Məni qardaş qazax xalqının sadə təmsilçilərinin dünyasını dəyişənlərin xatirəsini əziz tutaraq səfirliyimizin önünə gül dəstələri qoyması və yaralılar üçün qan vermələri çox təsirləndirsə də, Qazaxıstanın qəzanın səbəblərini araşdıran komissiyanın tərkibinə Azərbaycandan olan mütəxəssisləri buraxmaması ciddi məyus etdi.

- Təyyarənin vurulma ehtimalı böyükdürmü?

- Təyyarənin göyərtəsindəki qəlpə deşiklərinin çıxıntılarının bayırdan içəriyə doğru olması açıq-aydın görsənir. Bu və sağ qalanların ifadələri təyyarənin yerdən vurulması ehtimalını gücləndirir. Sözsüz ki, təyyarə göyərtəsindəki belə deşiklərlə Bakıdan havaya qalxmayıb. Quşların təyyarə ilə toqquşması səbəbindən füzülyajda belə deşiklərin açılmasının mümkünsüzlüyünü başa düşmək üçün mütəxəssis olmaq lazım deyil. Təyyarə vurulubsa, böyük səhvə yol verildiyi deyilməli, üzr istənilməli və həlak olanların yaxınlarına kompensasiya təklif olunmalıdır. Müharibələrdə təəssüf ki, günahsız insanlar da qurbana çevrilir. Biz Vətən müharibəsində səhvən Rusiya vertolyotunu vuranda dərhal bunu etdik. Bu gün xalqımızı həmrəyliyə çağıraraq və əlavə söz-söhbətin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən partiyalar birgə bəyanatla çıxış edərək, qısa bir müddətdə icimaiyyətə məlumat verilməsini istəyiblər.

- Qüdrət bəy, Rusiyanın Azərbaycanda atom elektrik stansiyası tikməsi təklifinə də münasibətiniz maraqlı olardı...

- Azərbaycanda elektrik enerjisi çatışmazlığı olanda mən özüm belə bir təşəbbüslə çıxış etmişdim ki, atom elektrik stansiyasının tikintisi məsələsi müzakirə edilsin. Hal-hazırda biz enerji satırıq, ona görə bu bizim üçün o qədər də aktual deyil. Müasir dövrdə təhlükəsiz alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilir. Bu istiqamətdə texnologiya son illərdə çox inkişaf edib. İndi ölkəmizdə günəş və külək enerjisindən istifadə istiqamətində böyük layihələr həyata keçirilir. Azərbaycanın ərazisi balaca olduğundan qəza olarsa bütün ölkə radioaktiv tullantılarla çirklənə bilər. Yaponiyada, Ukraynada qəzanın hansı ekoloji fəlakətlərə yol açdığının şahidi olduq. Ona görə vətəndaşlarımız bu məsələyə çox həssas yanaşır. Atom elektrik stansiyası yüksək təhlükəsizlik standartlarına cavab verəcəksə və Rusiya öz vəsaiti ilə bunu tikirsə, ən başlıcası, xalqımız da bunu dəstəkləyəcəksə, niyə də olmasın? Amma müqəddəs kitabımız Quranda yazılıb ki, Allah insanlar üçün vacib olan işləri bəyənir və həmin işi görənləri mükafatlandırır. Bu gün bizim üçün iri maliyyə tutumlu vacib işlər Bakıda metro tikintisi, neft emalı zavodunun şəhərdən kənara çıxarılması, Bakıda və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması və bu kimi digər işlərdir. Rusiya metro tikintisi sahəsində böyük uğurlar əldə edib. Yalnız Moskva şəhərində 2010-2023-cü illərdə 112 metrostansiya tikilib, bunun 14-ü 2023-cü ilə təsadüf edir. Müqayisə üçün qeyd edim ki, son 6 ildə Avropa İttifaqında cəmi 119 metrostansiya tkilib. Ona görə Rusiya tərəfinə təklif edə bilərik ki, Bakıda 70-80 stansiyadan ibarət dairəvi metro xətti tik, özün istifadə et, çəkdiyin xərcləri qarşıla. Eyni qaydada Səngəçalda müasir neftayırma zavodu tikintisinə, Bakının və ətraf qəsəbələrin kanalizasiya xətlərinin çəkilişinə, tullantı sularının təmizlənməsi üçün müasir qurğuların tikilməsinə investisiya qoy. Rusiya ilə bizim üçün zəruri olan istiqamətlərdə iqtisadi əlaqələrin inkişafına diqqət yetirməliyik.

- Qüdrət bəy, Tramp Rusiya ilə Ukrayna arasında 3 ilə yaxın davam edən müharibəyə son qoymaq üçün Ukraynanı ərazi güzəştlərinə çağırır və problemin birdəfəlik həllini istəyir. Yaxın aylarda bunu mümkün sayırsınızmı?

- Trampın dedikləri Putinin dedikləridir. Onun qonşu dövlətləri ABŞ-yə birləşdirmək, Panama kanalı barədə və s. qeyri-ciddi açıqlaması da Rusiyaya beynəlxalq birlik qarşısında haqq qazandırmaq cəhdidir. Putin istədiyi torpaqları alana qədər müharibə davam edəcək və Tramp da bacardığı formada ona dəstək olacaq. Son vaxtlar Ukraynanın bəzi ərazilərini ciddi döyüş olmadan Rusiyaya təslim etməsi də buna xidmət edir. Gözlənilməz nəsə baş verməsə Ukrayna kapitulyasiya aktını imzalayacaq.

- Gürcüstanda hakimiyyət dəyişkliyinin baş vermə ehtimalı nə qədərdir?

- Seçkilərdən sonra xalq seçkinin nəticələrini qəbul etdi və müxalifətin çağırdığı etiraz aksiyalarına dəstək vermədi. Çünki müxalifət və ATƏT-in müşahidə missiyası səsvermədən dərhal sonra seçkinin nəticələrinin saxtalaşdırılmasına dair ciddi faktlar ortaya qoya bilmədi. Qərbdən maliyyələşən maksimum bir neçə min ictimai fəal etiraz aksiyalarına qoşuldu. Amma iqtidarın qərarsızlığı, bəzən aşırı və yersiz zorakılığa əl atması, Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılması haqqında heç kimə lazım olmayan açıqlaması və buna görə Qərbdən edilən təzyiqlərin artması etiraz aksiyalarına qoşulan insanların sayını son günlər xeyli artırdı. Etiraz aksiyalarına qoşulanların sayı qarşıdakı günlərdə daha da artacaqsa, ya yeni seçkilərə gediləcək, ya da ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Bu zaman Qərbin təsiri böyük olan silahlı qüvvələr öz neytrallığını qoruyub saxlayacaqmı? Hər şey bundan asılı olacaq. Biz qanuni hakimiyyəti dəstəkləsək də, Gürcüstan bizim üçün strateji əhəmiyyət kəsb edən ölkə olduğundan, hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlığımızı davam etdirməliyik, Suriya və Əfqanıstan nümunələrində olduğu kimi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see314

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see213

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri