Icma.az
close
up
RU
Təyyarədə döyüş elementlərinin izini gizlətmək mümkün deyil HƏRBİ EKSPERT

Təyyarədə döyüş elementlərinin izini gizlətmək mümkün deyil HƏRBİ EKSPERT

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan təyyarəsinin vurulduğunu müəyyən etmək çox asandır”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib.

“Təyyarədə şrapnel, yəni, dəyirmi güllələrlə dolu partlayıcı artilleriya mərmisinin izi var, ya da yox. Bunu müəyyən etmək bu qədər bəsitdir. Ona görə də, şrapnelin dəqiq xarakter izləri tezliklə müəyyən olunacaq. Hətta həlak olanların bədənlərində də onun izləri qalır. Bunu gizlətmək mümkün deyil. “Embraer” təyyarəsinin istehsal edildiyi Braziliyanın nümayəndələri də bunu müəyyən edə bilər”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, təyyarənin vurulması və daha sonra bu qədər məsafə qət etməsi çox nadir haldır: “Amma bu mümkündür. Hər şey dəqiqliyinədək məlum olacaq. Heç bir şübhə qalmayacaq. Təyyarədə artilleriya mərmisinin izlərini itirmək mümkün deyil, o cümlədən həlak olanların bədənində… Təhqiqat bunu mütləq göstərməlidir. O zaman nə baş verdiyi anlaşılacaq”.

“Məntiqlə təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi”

Pavel Felgenhauer Rusiyanın Azərbaycan təyyarəsinə niyə yaxınlıqdakı aerodromlara enişə icazə verməməsini anlaya bilmədiyini qeyd edib: “Əgər vurublarsa belə, niyə təyyarə Qazaxıstana istiqamətləndirilsin? Qazaxıstanda təyyarə qəzasının müstəqil araşdırılması ehtimalı var. Məntiqlə təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi ki, araşdırmanı da Rusiya tərəfi həyata keçirsin. Bu beynəlxalq qaydadır. Təhqiqatı, təyyarə qəzası hansı ölkənin ərazisində baş verirsə, o aparır. Ona görə də, təyyarə niyə Aktauya istiqamətləndirilib, bunu anlaya bilmirəm”.

“Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb”

Ekspert Rusiyanın PUA hücumu olan zaman həmin regionun hava məkanını, hava limanlarını bağladığını bildirib: “Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb. Belə hallar olub. Yadınızdadırsa, Ukrayna təyyarəsi Tehran üzərində vurulmuşdu. O zaman təyyarədə olan hər kəs həlak olmuşdu. İran tərəfi öz səhvini etiraf etmişdi. Ona görə də Rusiyanın özünü bu qədər qəribə aparmasının səbəbini deyə bilmirəm.

Əgər elan olsunsa ki, təyyarə qəzasında zədələyici elementlərin təsiri olub, yəni raketlə vurulub, bu əlbəttə ki, xoşagəlməyən vəziyyət olacaq. İran Ukrayna təyyarəsini vuranda bunu etiraf elədi. Ona görə də düşünürəm ki, Rusiya da əvvəl-axır etiraf etməlidir. Çünki burada həqiqəti gizlətmək olmaz. Əgər faktlar varsa, onları gizlətmək mənasız olacaq. Baxaq görək necə olur”.

Zenit raketi təyyarəni necə zədələyir?

Felgenhauer Hava Hücumundan Müdafiə Sistemi olan “Pantsir-S”-Zenit Raket Kompleksindən buraxılan raketin döyüş hissəsinin partlaması ilə bağlı vəziyyətə də aydınlıq gətirib: “Zenit raketi təyyarənin göyərtəsinə dəyib partlamır. Təyyarəyə çatmamış müəyyən məsafədə partlayır və onun şrapnelləri təyyarəni vurur. Amma digər, misal üçün, “İqla” raketləri birbaşa təyyarəni vurur, yəni raket birbaşa təyyarəyə dəyir. Ona görə də həmin şrapnellərin izləri təyyarədə qalmalıdır. Azərbaycan təyyarəsinin quyruq hissəsində həmin izlərin olduğu müşahidə olunur. Bu izlər həm təyyarədə, həm də sərnişinlərin üzərində qalmalıdır. Bu faktları gizlətmək mümkün deyil”.

Rusiyalı hərbi ekspert təyyarədə guya oksigen balonunun partladığına dair məlumatları da şərh edib: “Bu barədə heç bir fikrim yoxdur. Mən Braziliya istehsalı “Embrarer” təyyarəsi üzrə mütəxəssis deyiləm. Amma deyə bilərəm ki, zenit raket kompleksindən buraxılan raketin mərmilərinin izini itirmək mümkün deyil. Təyyarənin içindən havada olarkən çəkilən videoda görünən yaralanmış sərnişini də ekspertiza etmək lazımdır. Əgər o, həlak olubsa, onun meyitini ekspertiza etmək lazımdır. O zaman raket mərmisinin izləri mütləq aşkar olunacaq. Ona görə də, bu faktları praktiki olaraq gizlətmək mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Dekabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri