Icma.az
close
up
RU
Təyyarədə qorxu dolu anlar Gördükləri hər kəsi təşvişə saldı

Təyyarədə qorxu dolu anlar Gördükləri hər kəsi təşvişə saldı

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, hadisə təyyarə eniş etdikdən qısa müddət sonra qeydə alınıb. Üst əl yükü bölməsindən tüstü qalxdığını görən ekipaj dərhal müdaxilə edərək alovun yayılmasının qarşısını alıb. İlkin araşdırmalar yanğının sərnişinlərdən birinə məxsus daşına bilən enerji qurğusundan (powerbank) qaynaqlandığını göstərir.

Hadisə Lanzjou–Guiyanq marşrutu üzrə reys həyata keçirən China Eastern Airlines aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarə Guiyanq Longdonqbao Beynəlxalq Hava Limanına endikdən sonra kabində yerləşən üst baqaj bölməsində qəfil yanğın başlayıb.

Yayılan görüntülərdə ekipaj üzvlərinin alovu söndürmək üçün baqaj bölməsini açaraq sərnişinlərin çantalarını çıxardıqları, sərnişinlər arasında isə ciddi təşviş yarandığı əks olunub.

Səlahiyyətli qurumların ilkin araşdırmasına əsasən, alovlanmanın səbəbi sərnişinlərdən birinin əl yükündə olan litium-ion batareyalı daşına bilən enerji qurğusu olub.

Mütəxəssislər bildirirlər ki, bu tip batareyalarda istehsal qüsuru, mexaniki zədə, keyfiyyətsiz material və ya daxili qısaqapanma nəticəsində "termal qaçış" adlanan nəzarətsiz qızma prosesi baş verə bilər. Bu isə qısa müddətdə alovlanmaya səbəb ola bilir.

Hadisə zamanı ekipajın operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb və alovun kabinə yayılmasının qarşısı alınıb. İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Aviasiya mütəxəssisləri sərnişinlərə keyfiyyəti təsdiqlənmiş powerbanklardan istifadə etməyi, zədələnmiş və ya həddindən artıq qızan batareyaları isə təyyarəyə gətirməməyi tövsiyə edirlər.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri