Icma.az
close
up
RU
Təyyarədəki dəliklər atəş izləridir? Qazaxıstan Baş nazirinin müavinindən AÇIQLAMA

Təyyarədəki dəliklər atəş izləridir? Qazaxıstan Baş nazirinin müavinindən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yayılmış foto və videomateriallar əsasında təyyarədəki zədələrin xarakteri haqqında nəticə çıxarmaq hələ tezdir.

Redaktor.az “Tengrinews”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Senatının spikeri Maulen Aşimbayev Aktauda “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının mümkün səbəblərini və xarici örtüyündəki zədələrin xarakteri barədə məlumatı şərh edərkən bildirib.

"Bu zədələrin xarakteri, qəzanın səbəbləri hələ məlum deyil. Xüsusi komissiya işləyir, Qazaxıstan, Azərbaycan və Rusiyanın xüsusi qurumlarının nümayəndələri cəlb olunub. Bu ölkələrin nümayəndələri ilə birlikdə bizim mütəxəssislərimiz işləyir. Şəkillərə əsasən dərhal nəticə çıxarmaq spekulyasiya, əsassız bəyanatlardır. Bu cür qiymətləndirmələri "yaymaq" isə məncə, indi düzgün və etik deyil", - Aşimbayev Senatda keçirilən brifinqdə suallara cavab verərkən bildirib.

"Ekspertlərin işləməsinə imkan verin" - Baş nazirin müavini təyyarənin atəşə tutulmasına dair yayılan şayiələrlə bağlı belə cavab verib.

Qeyd olunur ki, idarələrarası komissiyaya rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayevdən dünən Aktauda keçirilən brifinqdə təyyarədəki qəribə dəliklər və bunların atəş izləri olub-olmaması barədə soruşublar.

"İdarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. Mənimlə həm kriminalist ekspertlər, həm də Aviasiya Administrasiyamızdan məhz belə hava hadisələrini araşdıran ekspertlər gəlib. Onlar cinayət işi çərçivəsində bütün sübutları toplayacaq, lazımi ekspertiza aparacaqlar. Bura təyyarənin düşmə səbəbləri, qara qutunun açılması və sair aiddir. Və əlbəttə ki, bunları dərc edəcəyik. Bəyanat vermək hələ tezdir", - Bozumbayev cavab verib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb (Report).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri