Icma.az
close
up
RU
Təyyarələrin içi niyə soyuq olur?

Təyyarələrin içi niyə soyuq olur?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Demək olar ki, hamımız səyahət etmək üçün ən azı bir dəfə təyyarəyə minmişik. Uzun məsafələri qısaldan təyyarələrin içərisində havanın sərin olduğunu hiss etmişik. Hətta bəzən o qədər soyuq olur ki, sərnişinlər üşüyürlər. Hər kəsin ağlında həmişə eyni sual olur: Təyyarənin içi niyə belə soyuqdur? Təbii ki, bunun elmi izahı var!

Xüsusilə uzun təyyarə səfərlərində olmusunuzsa, təyyarədə üşümə hissi yaşamış ola bilərsiniz. Buna görə sərnişinlərə üstlərinə örtmək üçün yorğan da verilir. Təyyarələrin içinin niyə soyuq olduğunu heç düşünmüsünüzmü?

Ölkə.az xəbər verir ki, uçuş zamanı temperaturun qəsdən aşağı salınır ki, uçuş zamanı sərnişinlərin özündən getmələrinin qarşısının almaqdır.

Amerika Sınaq və Materiallar Cəmiyyəti (American Society for Testing and Materials – ASTM International) tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, insanlar təyyarədə olarkən tibbdə hipoksiya adlanan vəziyyətə görə asanlıqla huşunu itirirlər. Bədən toxuması kifayət qədər oksigen almadıqda huşunu itirmə baş verir və yüksək kabin təzyiqi və temperaturu vəziyyəti daha da ağırlaşdırır. Aviaşirkətlər isə belə halların sayını azaltmaq üçün havaya qalxdıqdan sonra kabinlərini soyutmağa qərar verərək, hipoksiya sayını azaltmağa çalışırlar.

ASTM illər əvvəl təyyarədə sərnişinlərin özündən getməsi halları ilə kabin təzyiqi – temperaturu arasındakı əlaqəni araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki,sərnişinlərin  təyyarənin içində huşunu itirmə halları yerdə olduğundan daha çox olub. Bu vəziyyətin səbəbi toxumaların kifayət qədər oksigen ala bilməməsi nəticəsində yaranan hipoksiya ilə əlaqələndirilib. Hesabatda, həmçinin, kabin təzyiqinin mövcud vəziyyəti daha da pisləşdirə biləcəyi qeyd olunur.

Nəticə olaraq deyə bilərik ki, təyyarədə yüksək temperatur sərnişinlərin özündən getmə/huşunu itirmə sayının artmasına səbəb olur. Buna görə də, hava yolları şirkətləri yüksək hərarət səbəbiylə huşunu itirmə riskini artırmaq əvəzinə, temperatur dərəcəsini azaldaraq yorğan kimi isidici vasitələr təqdim etməyə üstünlük verirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri