Fransada etirazlar davam edir: Parisdə nümayişlərə məhdudiyyət qoyuldu
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris polisi cümə axşamı və cümə günləri keçiriləcək nümayişlərə qismən qadağa tətbiq edib.
"Bakupost" BFMTV telekanalına istinadən xəbər verir ki, məhdudiyyətlər tələbələrin cümə axşamına planlaşdırdığı aksiyaya da şamil olunub.
Prefektura etiraz aksiyasının keçirilməsinə icazə versə də, küçələrdə yürüş təşkil edilməsini qadağan edib.
Məhdudiyyətlər cümə gününə planlaşdırılan digər nümayişlərə də şamil olunub. Həmin aksiyalardan biri "sarı jiletlilər", digəri isə ticarətçilərin həmkarlar ittifaqı tərəfindən təşkil edilib.
Fransada etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı etiraz etməyə başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Oktyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















