Icma.az
close
up
RU
Təyyarəmizin vurulması ilə bağlı məsələdə üçüncü qüvvə Kremlə xüsusi çağırış olacaq?

Təyyarəmizin vurulması ilə bağlı məsələdə üçüncü qüvvə Kremlə xüsusi çağırış olacaq?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pantsir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında yaranan gərginlik davam edir.

Kremlin məsələ ilə bağlı səhvi boynuna alıb Bakının tələblərini yerinə yetirmək əvəzinə məsuliyyətdən yayınmağa çalışması gərginliyi daha da artırır. Həmçinin mövcud vəziyyətdə bəzi Rusiya rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da ictimaiyyətdə narazılıqla qarşılanıb.

Bu məqamda Çinin səssiz qalması və mövzuya heç bir münasibət bildirməməsi diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, Pekin Moskva və Bakı ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq, təyyarə qəzası ilə bağlı məsələdə mövqe ortaya qoymaqda maraqlı deyil. Bir sıra iddialara görə isə Çin lideri hadisə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparıb, lakin detallar açıqlanmayıb.

Pekin niyə səssizliyini qoruyur? Çin Rusiya ilə Azərbaycan arasında gərginliyin azalması üçün hərəkətə keçə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Çin Rusiya ilə strateji tərəfdaşdır:

“Pekin Moskvanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməsə də, onun narahatlığına səbəb ola biləcək siyasət yürütmür. Halbuki Rusiya-Ukrayna müharibəsi Çin üçün də lazımsız problemlər yaradıb. ABŞ və Avropa İttifaqı (Aİ) rəsmiləri Pekini Moskvaya təsir etməməkdə günahlandırır, əksinə Rusiyanın müharibəni davam etdirə bilməsi üçün bu ölkəyə zəruri avadanlıqlar satdığını bildirirlər. Bu isə Çinin müxtəlif dövlətlərlə ticarətinə mənfi təsir göstərir. Lakin Pekin hər şeyə rəğmən Kreml ilə strateji tərəfdaşlıqdan imtina etmir və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində izləyici mövqedədir.

Pekin bir müddət əvvəl müharibənin dayandırılması məqsədilə plan hazırlamışdı. Həmin planı Kiyev qəbul etmədi. Çünki plana görə, Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməli olduğu vurğulanmır, bu isə Pekinin Ukraynanın ərazi bütövlüyünü pozulması ilə razılaşması deməkdir. Eyni səbəbdən Pekinin Azərbaycan-Rusiya münasibətlərində hansısa rol oynayacağını zənn etmirəm”.


Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, əslində bu gərginlik Çinin maraqlarına ziddir, Pekin Moskvanın strateji tərəfdaşı olsa da, Bakı ilə də normal münasibətləri var:

“Nəticə olaraq Çin Orta Dəhliz layihəsinin reallaşması və bu zaman bölgədə sabitliyin yaranmasında maraqlı olmalıdır. Amma Pekinin Kremlə təsir göstərərək Bakı ilə münasibətləri normallaşdırmaya yönəlik çağırış edəcəyini proqnozlaşdırmıram. Günah Rusiyadadır, Azərbaycanın sərnişin təyyarəsi raketlə vurulub, vətəndaşlarımız həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin haqlı tələbləri var. Kreml bu tələbləri yerinə yetirmək istəmir. Belə vəziyyətdə iki ölkə arasında gərginliyin yekunlaşmasını gözləmək çətindir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri