Icma.az
close
up
RU
Təyyarənin raketlə vurulmasından Putinin xəbəri olub ŞƏRH

Təyyarənin raketlə vurulmasından Putinin xəbəri olub ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya bütün fakt-sübutlu günahını qəbul etməsə, bu iş Beynəlxalq Kriminal Məhkəməsinin baxışına verilə bilər


Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Rəsmi açıqlamalarda yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə geniş məlumatların veriləcəyi bildirilib. 

Qeyd edək ki, Cənab Prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, təyyarə qəzasının nəticələri haqqında ölkə ictimaiyyətinə mütəmadi qaydada məlumatların verilməsi təmin olunacaq. Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəldikdə isə bu məsələnin Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunduğu bildirilib.

 

Kriminalist-ekspert İlqar Altay isə “Şərq"ə açıqlamasında Azərbaycan təyyarəsi faciəsində Rusiyanın təqsirinin danılmaz şəkil aldığını deyib. Onun sözlərinə görə, Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasından dərhal sonra Rusiya tərəfindən özünə yaxın mətbuata təyyarə pilotu-Qroznı dispetçeri arası danışıq stenoqramının mətni sızdırıldı:


"Həmin stenoqramı dərhal təhlil etdim və bildirdim ki, bu, səs yazısından saxta dəyişikliklərlə kağıza köçürülüb ötürülən mətndir. 

Bir neçə gün əvvəl də təyyarəmizin Aktau şəhəri ərazisində qəzalı və faciəli enişini araşdıran Qazaxıstan hökumət komissiyasının sədri, Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mühüm açıqlama ilə çıxış edərək bəyan edib ki, vurulmuş təyyarənin pilotu ilə dispetçer arasındakı həmin danışığın mətbuata ötürülən variantı təyyarənin qara qutusundakı səs yazısının məzmunundan xeyli fərqlənir. Böyük Rusiya üçün biabırçılıqdır. Suallar yaranır ki, Rusiya tərəfi bilərək ki, sonradan təyyarənin qara qutusundan götürüləcək pilot-dispetçer orijinal səs yazısı ilə qəsdlə mətbuata saxta "sızdırılan" stenoqram mətni düz gəlməyəcək, niyə belə tələsik və böyük biabırçılığa getdi? Çünki Rusiya tərəfi tam arxayın idi ki, həmin o qara qutular onların əlində olacaq. Yəni raketlə vurulub idarəedilməz, "yarımcan" hala salınmış, sərnişin təyyarəsinin dispetçerlərin əli ilə təcili xilas enişinə müxtəlif bəhanələrlə mane olub, təyyarəni tam idarəçilikdən çıxanadək səmada fırladıb, nəhayət, Rusiya ərazisinə, yaxud onun Xəzər sektoruna çırpılaraq partlamasına nail olacaqlar. Arxayın olublar ki, dağılan təyyarənin araşdırılma işlərini, qara qutuların oxunmasını Rusiya tərəf özü aparıb, ona sərf edən, raketlə vurulma faktını gizlətmə rəyini özü yayacaq. Və bu saxtalaşdırılmış stenoqramı da təyyarə hələ vurulmuş halda göydə ikən ona görə yayıblar ki, yerə çırpılandan sonra desinlər baxın, hər şey o mətbuatda gedən (sızdırılan) ilk varianta, yəni ki, guya, quşlar zərbəsi səbəbinə müvafiq gəlir. Əslində isə mərhum pilot quş söhbəti etməyib”.


İ.Altayın sözlərinə görə, Rusiya tərəfin qəzalı dərəcədə zədəli sərnişin təyyarəsinə nəinki xilas üçün imkan və şərait yaratmaması, hətta onu səmada dolandıraraq vaxt ötürüb, yerə çırpılaraq məhv olma həddinə gətirmə plan-məqsədi heç bir insanlıq, vicdan və insafa sığmayan vəhşilik, barvarlıqdır:


“Həm də bu addım axı hansısa, kriminal mafiya, İŞİD ya HƏMAS yox, konkret dövlət tərəfindən atılır. Nə qədər qəddar, amansız olasan ki, bir səhv raket atəşinin, (hansı ki, o raket insaf göstərib, təyyarəni vurub yerə salmadı) izini itirmə, zərər vurduğun ölkələr-tərəflərdən üzr istəməmək və kompensasiya ödəməmək və beynəlxalq hərbi qüdrətinin nüfuzuna xələl gətirməmək xatirinə o boyda təyyarəni içi sərnişin və ekipajlı məhv etmə fikrinə düşüb qərar verəsən! Təyyarədəki müxtəlif ölkələrin, öz dövlətinin vətəndaşlarına belə yazığın gəlməsin. Təyyarə, reysin sahibi, müttəfiq, qonşu dövlətə hörmət qoymayasan. Hüquqi-siyasi baxımdan, çox amansız terror-təxribat dərəcədə kütləvi qırğın, cinayət əməlidir.  Təsəvvür edin, hansısa dövlətin səmasında bu dövlətin hərbi qüvvələri raketlə beynəlxalq reys icra edən sərnişin təyyarəsini səhvən (hələ bu səhv-düz söhbəti də, tam aydınlaşmalı!) vurur. Bu, hərbi və beynəlxalq əhəmiyyətli fövqəladə hal ilk növbədə kimə məlumat verilir və yaxud verilməlidir? Əlbəttə, həmin dövlətin başçısına, ali baş komandana. Bu, birmənalı qaydadır hər bir dövlətdə, xüsusilə də bütün səlahiyyətləri öz əlində cəmləyən prezidentli Rusiyada. Beləliklə, təyyarənin raketlə vurulan anından, Qazaxıstan ərazisinə düşüb, partlamasınadək mərhələdəki bütün prosesin V.Putinin xəbəri və iradəsindən kənar baş verməsinə inanmaq mümkünsüzdür”.


Kriminalistin fikrincə, Rusiya bu faciəli təxribatdakı suçlu kimi, bütün fakt-sübutlu günahını qəbul etməsə və konkret cinayətdə məsuliyyət daşıyanları ortaya qoyub cəzalandırmasa, adekvat kompensasiyaları da ödəməsə, bu iş zərərçəkən dövlət, ya dövlətlər tərəfindən Beynəlxalq Kriminal Məhkəməsinin baxışına verilə bilər: Necə, Donbas səmasında Malayziya sərnişin təyyarəsinin vurulması və necə, Rusiyanın Smolensk səmasında Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzalı faciəsi (uğradılması) cinayət işlərinə baxılıb. Və Rusiya tərəfin bu təyyarəni səhvən raketlə vurmasından sonrakı mərhələdə öz təxribatçı hərəkətlərini boynundan atmasa, artıq raketlə təyyarəni qəsdlə vurma fikirlərinə yol aça bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri