Təyyarəsinin yaxınlığında naməlum dronlar uçub KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ukrayna Prezidenti Volodimir Zelenskinin dövlət səfəri üçün gəldiyi gün onun təyyarəsinin uçuş marşrutu yaxınlığında beş dron aşkar edib.
KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “The Irish Times” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə təyyarənin uçuşuna mane olmaq cəhdi kimi qiymətləndirildiyi üçün ciddi təhlükəsizlik həyəcanına səbəb olub.
Məlumata görə, hadisə baş verən zaman paytaxt ətrafında uçuşa qadağa zonası tətbiq olunmuşdu. Dronların haradan göndərildiyi məlum deyil. Mənbələr bildirir ki, onların uçuş məsafəsi və havada qalma müddəti, bu pilotsuz aparatların mürəkkəb tipə aid olduğunu və təcrübəli istifadəçilər tərəfindən idarə edildiyini göstərir.
Qeyd olunub ki, dronlar Zelenskinin təyyarəsi “Howth” yaxınlığındakı sahildən keçməli olduğu vaxta yaxın görünüb, lakin onun təyyarəsi bir qədər gecikib. Təyyarənin heç bir təhlükə altında olmadığı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Dekabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















