Icma.az
close
up
RU
Təyyarəyə silahla minməyə cəhd edən şəxs saxlanıldı

Təyyarəyə silahla minməyə cəhd edən şəxs saxlanıldı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avstraliyanın Melburn yaxınlığındakı Avalon hava limanında bir nəfər silahla "Jetstar" təyyarəsinə minməyə cəhd edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Viktoria polisi cümə axşamı saat 14:50-də hadisə yerinə çağırılıb və şübhəlini təyyarəyə minməzdən əvvəl saxlayıb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

"Jetstar" rəsmiləri təhlükəsizlik pozuntusu ilə bağlı araşdırmaların davam etdiyini bildirib, sərnişinlərin və ekipajın təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıblar.

Hadisənin Sidney-Avalon reysi zamanı baş verdiyi və şübhəlinin zərərsizləşdirilməsi prosesində uçuş heyətinin rol oynadığı öyrənilib.

Olay zamanı təyyarədə olan sərnişinlərdən Kim MakLeod bildirib ki, təyyarəyə mindikdən az sonra kabinənin ön hissəsində hərəkət olub və sərnişinlər hadisəni qeydə almağa başlayıblar.

Əvvəlcə təyyarəni qaçırma cəhdindən şübhələndiyini deyən MakLeod, pilotun böyük silahla bir nəfərin təyyarəyə mindiyini bildirərək anons verdiyini bildirib.

İddialara görə, şübhəli şəxs özünü texniki işçi kimi göstərərək təyyarəyə daxil olub. Ekipaj texniki baxışların tamamlandığını bildirməsinə baxmayaraq, texniki geyimli şəxsin hələ də təyyarədə olduğunu anlayıb və şübhə doğurub.  Bunun üzərinə pilot və bir sərnişin şübhəlini yerə yıxaraq zərərsizləşdirib.

Şübhəli nəzarətə alındıqdan sonra sərnişinlər təyyarədən təxliyə edilib və təhlükəsizlik səbəbilə hava limanı qeyri-müəyyən müddətə bağlanıb.

Avalon hava limanının baş direktoru Ari Suss hadisə ilə bağlı araşdırmanın davam etdiyini və sərnişinlərin təhlükəsizliyinin onların əsas prioritet olduğunu söyləyib.

Səlahiyyətlilər hadisənin təfərrüatlarını araşdırmağa davam etdiyi üçün hava limanının yenidən açılıb-açılmayacağı ilə bağlı dəqiq açıqlama verməyiblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri