Təyyarəyə cibində canlı tısbağa keçirməyə çalışan şəxs saxlanılıb
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təyyarəyə cibində canlı tısbağa keçirməyə çalışan şəxs saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatında baş verib.
Pensilvaniyada yaşayan və adı açıqlanmayan sərnişin "Newark Liberty" Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından keçərkən bədən skaneri qasıq nahiyəsində anormallıq aşkar edib: "Bu səbəbdən o, əyani yoxlama otağına aparılıb. Yoxlama zamanı onun şalvarında kiçik mavi dəsmala bükülmüş təxminən 13 santimetr uzunluğundakı tısbağanı tapılıb".
Məlumata görə, bu tısbağa məşhur olan qırmızı yanaqlı tısbağa növünə aid olduğundan sərnişin saxlanılıb: "Tısbağa isə müsadirə edilib".
Hava limanının mühafizə üzrə direktoru Tomas Carter bildirib ki, indiyə qədər sərnişinlərin üzərindən şox şeylər tapıblar: "Ancaq ilk dəfə sərnişinin şalvarının iç tərəfinə tikddirdiyi cibdən canlı tısbağa aşkarladıq"
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















