Icma.az
close
up
RU
Tez tez ağrıkəsici qəbul edənlərin nəzərinə! Uroloqdan xəbərdarlıq

Tez tez ağrıkəsici qəbul edənlərin nəzərinə! Uroloqdan xəbərdarlıq

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Artur Boqatyryov danışıb.

Həkimin sözlərinə görə ən böyük risklərdən biri orqanizmin kifayət qədər su qəbul etməməsidir.

"Su böyrəklərin əsas funksiyasını, yəni, toksinlərin və artıq mayenin orqanizmdən çıxarılmasını təmin edir. Maye çatışmazlığında böyrəklərə qan axını azalır və onların işi zəifləyir"

"Böyüklər üçün optimal miqdar gündə 8-10 stəkan sudur", - deyə mütəxəssis həddindən artıq su içməyin də zərərli olduğunu xatırladıb. 

"Duzun həddindən artıq qəbulu böyrəklərə ciddi ziyan vurur. Bu zaman orqan daha çox yüklənir, nəticədə funksiyası zəifləyir və orqanizmdə maye yığılır. Artıq duz həmçinin sidikdə zülalın miqdarını artıraraq böyrəklərin işinə mənfi təsir göstərir. Normanın gündə 5 qramdan çox olmaması tövsiyə edilir".

Boqatyryov böyrəklərə ziyan verən digər vərdişlər sırasında ağrıkəsici dərmanlardan tez-tez istifadəni də qeyd edib. Onun sözlərinə görə, bu preparatlar böyrəklərə qan axınını zəiflədir, uzunmüddətli və nəzarətsiz qəbul isə kəskin böyrək çatışmazlığına gətirib çıxara bilər.

Uzun müddət sidik saxlamanın da təhlükəli olduğunu bildirən həkim, bunun həm böyrəklərə əlavə yük yaratdığını, həm də sidik yollarında infeksiyaların inkişafı üçün şərait formalaşdırdığını vurğulayıb.

"Siqaret və alkoqoldan istifadənin də risk faktorları siyahısından çıxarılmaması vacibdir. Bu vərdişlər bütün orqanizmə zərər vurur, böyrəklər isə ilk sırada zərər görür", - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə böyrək sağlamlığının qorunmasında keyfiyyətli yuxunun da xüsusi rolu var. Yuxu çatışmazlığı qan təzyiqinin yüksəlməsinə, damarların tutulmasına və xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Sentyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri