Icma.az
close
up
RU
Təzə Bazar da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı

Təzə Bazar da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə Bazar”da oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, müştəri kimi bazara daxil olan şəxs satıcının diqqətinin digər alıcılara yönəlməsindən istifadə edərək piştaxtanın üzərindəki 1100 manatlıq mobil telefonu götürüb. Daha sonra telefonu 123 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satıldığı bazara müştəri kimi daxil olub. Bir müddət piştaxtalara baxdıqdan sonra meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin yanına yaxınlaşıb.

Həmin vaxt bazarda insanların sıxlığından və satıcının digər müştərilərə xidmət göstərməsindən istifadə edən şəxs piştaxtanın üzərində olan “Samsung Galaxy A56” markalı mobil telefonu gizli şəkildə götürərək ərazidən uzaqlaşıb.

Zərərçəkmiş şəxs telefonu yeni aldığını və üzərində hər hansı zədənin olmadığını bildirib. Onun sözlərinə görə, mobil telefonun dəyəri 1100 manat olub. Telefonun daxilində olan SIM kartın dəyəri isə 10 manat təşkil edib. Beləliklə, oğurluq nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 1110 manat maddi ziyan dəyib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, bazarda satıcının başının digər müştərilərə qarışdığını görüb və həmin vaxt piştaxtanın üzərindəki telefonu götürüb.

Oğurluqdan bir neçə gün sonra telefonu “Neftçilər” metrostansiyası yaxınlığında tanımadığı şəxsə 123 manata satıb. Satış zamanı alıcıya telefonun özünə məxsus olduğunu deyib. Təqsirləndirilən şəxs daha sonra əldə etdiyi 123 manatı şəxsi ehtiyaclarına xərcləyib. Dəymiş zərəri isə ödəməyib.

Zərərçəkmiş şəxs istintaq zamanı bildirib ki, bazarda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Hadisə günü iki müştəri ondan alış-veriş edib. O, sifarişləri hazırlamaq üçün mobil telefonunu piştaxtanın üzərinə qoyub. Bir neçə dəqiqə sonra telefonunun yerində olmadığını aşkar edib və hadisə barədə polisə məlumat verib.

Məhkəmə təqsirləndirilən şəxsin təqsirini özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə digər sübutlarla tam təsdiqlənmiş hesab edib.

Təqsirləndirilən şəxsin əməlindən peşman olması, cinayəti səmimi etiraf etməsi və himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə o, 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri