Icma.az
close
up
RU
Təzə gələndə Qurbanovdan gözləntilər aşağı idi

Təzə gələndə Qurbanovdan gözləntilər aşağı idi

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Təzə gələndə Qurbanovdan gözləntilər aşağı idi"

Karyerasını başa vurmuş “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev komandanın baş məşqçi Qurban Qurbanov haqqında danışıb.

QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasının "Liverpul" - "Qarabağ" oyunundan əvvəl İngiltərənin “The Guardian” nəşrinə müsahibə verən Medveev Q.Qurbanov haqda maraqlı fikirlər səsləndirib.

2008-ci ildə Qurban Qurbanovun “Qarabağ”a gəlişini yada salan Medvedev bildirib ki, əvvəlcə ona inam yüksək olmayıb:

“Qurbanov təcili əvəzləyici kimi seçilmişdi, amma gözləntilər aşağı idi. O, gənc məşqçi idi və o dövrlərdə yerli məşqçilərə elə də böyük etimad göstərilmirdi. O, hər şeyə sıfırdan başladı və bu vəzifədə uzun müddət qalacağı gözlənilmirdi”, – deyə 2006–2024-cü illərdə “Qarabağ”ın formasını geyinmiş Maksim Medvedev bildirib.

Onun sözlərinə görə, çox keçmədən vəziyyət dəyişib:

“Amma biz tezliklə anladıq ki, o, möhtəşəm məşqçidir. İlk mövsümündə kuboku qazandıq, daha sonra Avropa Liqasının seçmə mərhələsində "Rusenborq"u məğlub etdik. Əsl macəra məhz bundan sonra başladı. Qurbanov rəhbərlik tərəfindən tam dəstək aldı və ona müdaxilələr olmadan işləyə bildi. O, komandanı mərhələli şəkildə qurdu”.

Maksim Medvedev Qurban Qurbanovun futbolçulara yanaşmasından da danışıb:

“Biz heç vaxt ulduz futbolçular transfer etmirdik. Qurbanov üçün bütün oyunçular bərabərdir. O, yeni gələnlərə tələblərini izah edir və yalnız onları qəbul edənlər komandanın bir hissəsi ola bilirlər. Birlikdə olduğumuz müddətdə onun heç kimlə ciddi münaqişəsi olmayıb. Məşqçi sərtdir və intizama böyük önəm verir, amma çox ədalətlidir. O, həmişə futbolçularını müdafiə edir, onlara kömək edir, həm peşəkar, həm də şəxsi məsləhətlər verir. Hamı onu sevir və hörmət edir”.

Qurban Qurbanovun futbol fəlsəfəsi ilə bağlı sualı cavablandıran Medvedev deyib ki, bu fəlsəfə topa nəzarət və aktiv oyuna əsaslanır:

“Qurbanovun rəhbərliyi altında oyunu idarə etməyə və mümkün qədər çox qol epizodu yaratmağa çalışırdıq. Heç vaxt səhv etməkdən qorxmurduq. Hətta ən güclü rəqiblərə qarşı belə oyun üslubumuzu dəyişmirdik. Bu, xüsusilə 2020-ci ildə Varşavada "Legiya"nı 3:0 hesabı ilə məğlub etdikdən sonra özünü göstərdi. O vaxtdan etibarən istənilən rəqibi məğlub edə biləcəyimizi anladıq və daha da hücumameyilli futbol oynamağa başladıq”.

Maksim Medvedev fikrini belə tamamlayıb: “O, bizim öz azərbaycanlı Aleks Fergüsonumuzdur. İstədiyi müddət "Qarabağ"da qalacaq, daha sonra isə karyerasını bitirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri