Təzəbinəyə qayıdışın sevinci: Doğma yurdda yeni həyat başlayır (VİDEO)
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xocalı rayonunun Təzəbinə kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan kənddə elektrik, qaz, su və rabitə xətləri bərpa olunub, sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb.
"Unikal" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Təzəbinə sakinlərinin iştirak etdiyi videoçarx hazırlanıb.
Doğma yurda qayıdan sakinlər dövlət tərəfindən göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edib, Azərbaycan Ordusuna təşəkkür ediblər.
Baxış sayı:127
Bu xəbər 09 Fevral 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















