Tezliklə dünyanın hansı hava limanına pasportsuz uça biləcəksiniz?
Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Doğrulama üçün pasport əvəzinə biometrik məlumatlardan istifadə etmək istəyirlər. Gələn il Sinqapurun Çanqi hava limanı pasportu yoxlamadan uçuşları həyata keçirməyi planlaşdırır. Əgər biometrik nəzarət sistemləri tətbiq oluna bilsə, o, dünyada bunu həyata keçirən ilk ölkə olacaq.
Sonxeber.az-ın Lent.az-a istinadən məlumatına görə, passport əvəzinə sərnişinlərin biometrik məlumatları istifadə olunacaq.
2024-cü ildən etibarən Sinqapurdan giriş və çıxışda, baqajın göndərilməsindən tutmuş pasport nəzarəti və minmə qapılarına qədər nəzarətin müxtəlif mərhələlərində biometrikanın istifadə ediləcəyi gözlənilir.
Yəni, artıq turistlərin özləri ilə minik talonları və pasportları gəzdirməsinə ehtiyac qalmayacaq. Bu, Sinqapur hava limanı üçün vacib olan sərnişin təfərrüatlarının yoxlanılması prosesini xeyli sürətləndirəcək. Çünki 100-dən çox aviaşirkət tərəfindən xidmət göstərilən bu hava limanı dünyanın ən işlək olanları sırasındadır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















